Rapa Rozi

Rapa Rozi (rum. "red ravine - qırmızı yarğan) — Rumıniya ərazisində milli park. Təbiət abidələri qorunan milli park ölkənin Alba judetsində yerləşir. Geolojiflora qoruğu olan Rapa Rozi Sekaşelor yaylasının cənub-qərb ucqarında, Secas çayının sağ sahilindədir. Sebeş şəhəri qoruq ərazisindən 4 km cənubdadır. Sahəsi 24 hektar olan milli park III qorunan ərazilər kateqoriyasına daxildir.[2] Eroziya və səth axınları nəticəsində bölgədə şiş qayalı relyef formaları meydana gəlmişdir. Qayalı ərazilərin sahəsi 10 hektardır. Rapa Rozi qoruğunun yerləşdiyi yüksəkliyin uzunluğu 800 metrdir. Qoruq ərazisinin hündürlüyü 50-125 metr arasında dəyişir. Maksimal hündürlük 984 metrdir. Çox yaruslu sütunlar, piramidalar, yarğanlar mikrorelyef formalaşdırır. Ərazi geomorfoloji baxımdan yararsız torpaqlar kateqoriyasına aiddir. Aşınmış süxurlar uzaqdan qırmızı rəngdə görsənir. Ərazidə əsasən çınqıl, kvars qumu və qumdaşı üstünlük təşkil edir.[3] Yağışlı mövsümdə quru yarğanlarda müvəqqəti axın-çay meydana gəlir.

Rapa Rozi
Râpa Roșie
BTMB kateqoriyası — III (Təbiət abidəsi)
Sahəsi
  • 26,82945 ha[1]
Yaradılma tarixi 2000, 1968[1]
Yerləşməsi
45°59′15″ şm. e. 23°35′29″ ş. u.
Ölkə  Rumıniya
Rapa Rozi xəritədə
Rapa Rozi
Rapa Rozi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rapa Rozi haqqında ilk rəsmi məlumatı 1865-ci ildə W. Schuster vermişdir.[4] Məhs o bu bölgədə Usatov (Coțofeni) mədəniyyətini araşdırırdı. Aparılan arxeoloji qazıntılar nəticəsində bir çox qədim əşyalar tapılmışdır.[4][5]

Qoruq ərazisində nadir və endemik bitkilər var. Çiçəkli bitkilərdən tamkənaryarpaq dovşanalması, ikisünbülcüklü acılıq (Ephedra distachya) , [[giləvər]] (Centaurea atropurpurea) , Dianthus serotinus , Cephalaria radiateAsplenium nigrum geniş yayılıb.[6] Rapa Rozi qoruğunda olan 144 bitki növündən 8 növü yoxa çıxmaq üzrədir. Faunasında əsasən quşlar, suda-quruda yaşayanlarsürünənlər üstünlük təşkil edir.[7]

Rapa Rozi bölgəsində 1965-ci ildən daima paleontoloji araşdırmalar aparılır.[8]


İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Nationally designated areas (CDDA) (ing.).
  2. "Râpa Roșie in Romania". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
  3. "The geological reserve at Rapa Rosie, Sebes, Alba, Romania". Gigapan.com. 11 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 April 2013.
  4. 1 2 "Academician Alexandru Borza about Rapa Rosie from Transylvania" (Romanian). Dacoromania. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 April 2013.
  5. Apulum: Acta Musei Apulensis (Romanian). Muzeul Regional Alba Iulia. 2006. səh. 45. 12 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 April 2013.
  6. "Rezervaţia Naturală Râpa Roşie" (Romanian). Official web site of Rezervaţia Naturală Râpa Roşie. 4 June 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 April 2013.
  7. "Downloads" (pdf). Biodiversity Plants Organization. 4 March 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22 April 2013.
  8. "A Sauropod Vertebra at Râpa Roşie (Alba District) Vlad A. Codrea" (PDF). Paleontological Organization. 3 March 2016 tarixində orijinalından (pdf) arxivləşdirilib. İstifadə tarixi: 22 April 2013.