Rapallo müqaviləsi — Birinci Dünya Müharibəsindən sonra İtaliya Krallığı ilə Yuqoslaviya Krallığı arasında bağlanmış müqavilə idi. Müqavilə Adriatik məsələsini, İtaliyanın Avstriya-Macarıstana qarşı müharibəyə girməsi müqabilində ölkəyə vəd etdiyi ərzailər üzərində iddialarını həll etmək üçün nəzərdə tutulmuşdu. Müharibə paktı İtaliyaya Şərqi Adriatikanın geniş ərazilərini vəd edirdi. Müqavilə 1920-ci il noyabrın 12-də İtaliyanın Rapallo şəhərində imzalanmışdı.[1] Müqavilənin elementlərindən birində Riyekada Fiume Müstəqil Dövlətinin yaradılması nəzərdə tutulurdu.[2]
Rapallo müqaviləsi | |
---|---|
Müqavilənin tipi | Sərhəd müqaviləsi |
İmzalanma tarixi | 12 noyabr 1920 |
İmzalanma yeri | |
İmzalayanlar | Covanni Colitti • Karlo Sforza • İvano Bonomi • Ante Trumbik • Kosta Stojanovik • Milenko Radomar Vesnik |
Tərəflər | İtaliya krallığı • Yuqoslaviya krallığı |
Vikianbarda əlaqəli mediafayllar |