Əliyev Raqub Firudin oğlu — “ANACO” MMC-nin icraçı direktoru,[1]
Raqub Əliyev | |
---|---|
Əliyev Raqub Firudin oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Yevlax rayonu, Dəlləklər kəndi |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan SSR→ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | Tikintinin iqtisadiyyatı və təşkili |
Təhsili | Azərbaycan İnşaat Mühəndisləri İnstitutu |
Fəaliyyəti | inşaatçı-mühəndis |
Fəaliyyət illəri | 1981-indi |
Əliyev Raqub Firudin oğlu - 27 aprel 1959-cu il tarixdə Azərbaycan Respublikasının Yevlax rayonunun Dəlləklər kəndində kolxozçu ailəsində anadan olub. 1966-1976-cı illərdə Dəlləklər kənd məktəbində orta təhsil alıb.
1976-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun İnşaat fakültəsinin Tikintinin iqtisadiyyatı və təşkili şöbəsinə qəbul olunmuş və 1981-ci ildə oranı bitirmişdir.
O, 30 iyul 1981-ci ildə Azərbaycan Respublikası Kənd Tikinti Nazirliyinin Bərdə rayonundakı 4 nömrəli “Azərkəndtikinti” trestinə gənc mütəxəssis kimi təyinatla gəlmiş və qısa bir müddətdə trestin Əmək və əmək haqqı şöbəsində böyük mühəndis və inşaat laboratoriyasında böyük mühəndis vəzifələrində işləmişdir.
1981-1983-cü illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olub. O, ordudan tərxis olunduqdan sonra yenidən Kənd Tikinti Nazirliyinin 4 nömrəli trestinə qayıtmış və 1983-1986-cı illərdə trestin Texniki İstehsalat şöbəsində böyük mühəndis, 1986 -1989-cu illərdə Texniki İstehsalat şöbəsi rəisinin müavini vəzifəsində çalışmışdır.
R. Əliyev daha sonra - 1989-cu ildən 12 nömrəli Təmir Tikinti İdarəsinin nəzdində yaradılmış “Tər-tər” kooperativinin baş mühəndisi, 1989- 1994-cü illərdə Bərdə rayonunda yeni yaradılan “Dalğa” kooperativinin sədri, 1994- 1996-cı illərdə yenidən Kənd Tikinti Nazirliyinin 4 nömrəli trestinin Plan şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
O, 1996-1997-ci illərdə Almaniyanın “GABEG” Firmasının Bakı şəhərindəki Nümayəndəliyində “GABEG” Firmasının koordinatoru - əlaqələndirici – mühəndis, 2005-2011-ci illərdə “RF İnşaat” MMC-nin direktoru və “Aztikintiquraşdırma” şirkətinin direktoru olmuşdur. “Aztikintiquraşdırma” şirkətinə rəhbərlik etdiyi zaman Bakı şəhərinin istilik sisteminin yaxşılaşdırlılması və təkimilləşdirlməsi barədə Azərbaycan Respublikasının Prezidenti, Ulu Öndər Heydər Əliyevin Sərəncamına uyğun olaraq istilik məntəqələrinin təmiri və yenidənqurulması üzrə keçirilən tenderin qalibi olaraq paytaxtın Xətai və Yasamal rayonlarında istilik sistemlərinin kompleks yenidənqurulması işlərini yüksək keyfiyyətlə icra edərək sifarişçiyə təhvil vermişdir.
R. Əliyev 01 avqust 2011-ci ildə “ANACO” MMC-nin baş mühəndisi vəzifəsində işə başlamış, 01 dekabr 2011-ci ildən isə “ANACO” MMC-nin icraçı direktorudur. Onun rəhbərliyi altında “ANACO” MMC bu gün əsasən Müdafiə Nazirliyinin sifarişləri əsasında sərhədboyu ərazilərdə hərbi obyektlərin – hərbi hissələrin və şəhərçiklərin tikintilərini həyata keçirir.
Raqub Əliyev ailəlidir, 2 övladı, 1 oğlu, 1 qızı var, hər ikisi ailəlidir, 3 nəvəsi var.