Rasi Mahmud oğlu Abdullayev (6 iyul 1944, Bakı – 26 noyabr 2024[1]) — Azərbaycan violonçelçalanı, professor (1999), Azərbaycan Respublikasının xalq artisti (2005).
Rasi Abdullayev | |
---|---|
Ümumi məlumatlar | |
Digər adı | Rasim Abdullayev |
Doğum tarixi | 6 iyul 1944 |
Doğum yeri | |
Vəfat tarixi | 26 noyabr 2024[1] (80 yaşında) |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Fəaliyyət illəri | 1964-cü ildən |
Musiqi aləti | violonçel |
Təhsili |
|
Mükafatları |
Rasi Abdullayev 6 iyul 1944-cü ildə Bakı şəhərində anadan olmuşdur.[2]1951–1962-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində, 1962–1967-ci illərdə isə Azərbaycan Dövlət Konservatoriyasında violonçel ixtisası üzrə professor Sabir Əliyevin sinfində təhsil almışdır. Həmin il o, violonçel ixtisası üzrə konservatoriyada assistent kimi fəaliyyətə başlamışdır. 1968–1969-cu illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında Mstislav Rostropoviçin sinfində violonçel ixtisası üzrə təhsilini davam etdirmişdir. 1973-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının aspirantura-assistentliyini bitirmişdir.[3]
1964–1972-ci illərdə Azərbaycan Dövlət Kamera Orkestrinin, 1970–2010-cu illərdə isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrində solisti olmuşdur.[3]
Rasi Abdullayev Bakı Musiqi Akademiyasında dərs deyir. 1976–1979-cu illərdə Qahirə, 1987–1994-cü illərdə isə Dəməşq konservatoriyalarında pedaqoji fəaliyyət göstərmişdir.[2]
26 noyabr 2024-cü ildə vəfat etmişdir.[4]