Rasim İsmayılov (tam adı:İsmayılov Rasim Mustafa oğlu;7 fevral 1973) tv jurnalisti, redaktor, ssenarist — Azərbaycan Respublikası əməkdar jurnalisti
Rasim İsmayılov | |
---|---|
Doğum tarixi | 7 fevral 1973 (51 yaş) |
Təhsili | |
Fəaliyyəti | jurnalist, redaktor, ssenarist |
Mükafatları |
Rasim Mustafa oğlu İsmayılov 7 fevral 1973-cü ildə Borçalıda anadan olmuşdur. 1990-1995-ci illərdə Bakı Dövlət Univeristetinin jurnalistika fakültəsində televiziya jurnalistikası ixtisası üzrə təhsil almışdır. 1996-1999-ci illərdə AMEA-nın Milli Münasibətlər İnstitutunun aspiranturasında oxuyub.
Junrnalistlik fəaliyyətinə 1990-cı ildə "7 gün" qəzetində müxbir kimi başlamışdır. 1994-1995-cı illərdə ilk canlı yayım tok-şousu olan (AzTV) "3 nöqtə" proqramının aparıcısı olmuşdur. Uzun illər Azərbaycanın müxtəlif media orqanlarında işləmişdir. 2003-2022-ci illərdə Space TVdə şef redaktor, böyük redaktor, baş redaktor vəzifələrində işləyib. Hazırda İctimai Televiziyada sənədli filmlər üzrə böyük redaktor vəzifəsində çalışır. "Şuşa, sən azadsan", "Hadrut, sən azadsan", "Baş tutmayan tələ", "Qrossmeyster" (3 seriya), Görünməyən qəhrəmanlar - Dövlət Təhlükəsizliyi Xidməti", "Davam edən missiya" sənədli filmlərinin ssenaristi, "Görünməyən qəhrəmanlar - Həkimin gündəliyi (Hərbi həkimlər)" sənədli filminin, "Sarı gəlin" tarixi-sənədli filminin redaktorudur.
6 noyabr 2019-cı ildə Azərbaycan Respublikasında televiziya və radio sahəsinin inkişafında xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidenti tərəfindən Əməkdar jurnalist adına layiq görülmüşdür.[1]