Rasim Səməd oğlu Əfəndiyev (30 oktyabr 1928 və ya 1928[1], Qazax – 13 fevral 2010 və ya 2010[2], Bakı) — professor, sənətşünaslıq doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2001), AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru.
Rasim Əfəndiyev | |
---|---|
Rasim Səməd oğlu Əfəndiyev | |
Doğum tarixi | |
Doğum yeri | Qazax, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Elm sahəsi | Sənətşünaslıq |
Elmi dərəcəsi | Sənətşünaslıq doktoru |
Elmi adı | Akademik |
İş yerləri | AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru. |
Təhsili |
|
Mükafatları |
|
Rasim Əfəndiyev 30 oktyabr 1928-ci ildə Qazax şəhərində anadan olmuşdur. Sankt-Peterburq Dövlət Rəssamlıq Akademiyasının sənətşünaslıq fakültəsini bitirmişdir.
AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, Bakı İncəsənət Mərkəzi, Azərbaycan Dövlət İncəsənət Muzeyi, Xalça Muzeyi və s. təşkilatların elmi və bədii şuralarının sədri, memarlıq və incəsənət sahəsində elmi tədqiqat işləri üzrə koordinasiya şurasının sədri, Azərbaycan Rəssamlar Birliyinin üzvü, Beynəlxalq kitab sərgisinin laureatı, 1992-ci ildən Beynəlxalq Şərq Rəssamlıq Akademiyasının akademik-katibi, Rəssamlıq sənətinin inkişafında ən böyük rolu olan alimlərdən biridir.
SSRİ Rəssamlar İttifaqının, Rusiya Rəssamlıq Akademiyasının, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin bir sıra diplom və mükafatları ilə, Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilmişdir. "Soltan Məhəmməd" adına Beynəlxalq mükafata layiq görülmüşdür.
Akademik Rasim Əfəndiyev 13 fevral 2010-cu ildə Bakıda vəfat etmişdir.
Əsas elmi əsərlərin adları: