Rasim Hacı

Rasim Hacı və ya Rasim Hacıyev (10 iyun 19417 yanvar 2008, Mahaçqala) — Sovet və rus yazıçısı. Dağıstan Muxtar Sovet Sosialist Respublikasının xalq şairi (1974). Əsərlərində dağlıq Dağıstan sakinlərinin təbiəti və xarakterləri sevgi ilə təsvir olunur[1].

Rasim Hacı
ləzg. Расим Гьаджидин хва Гьаджиев
Doğum tarixi 10 iyun 1941(1941-06-10)
Vəfat tarixi 7 yanvar 2008(2008-01-07) (66 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti yazıçı, şair
Fəaliyyət illəri 1965-ci ildən

Rasim Hacıyev 1941-ci ildə Azərbaycanın Qusar rayonunun Urva kəndində anadan olmuşdur. Milliyyətcə ləzgidir.

Rasim Hacı gənc yaşlarından neft yataqlarında qazmaçı işləyir. Sovet ordusu sıralarında xidmət edir. Sonradan Mahaçqalaya köçür, limanda fəhlə, ayırıcı qurğu zavodunun inşaatında betonçu, sonra Dağıstan kitab nəşriyyatında korrektor işləyir. Respublika "Kommunist" qəzetində və "Dostluq" almanaxının ləzgi nəşrində nəşr olunur. Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirir, "Sokolenok" jurnalının ləzgi dili üzrə sayının redaktoru işləyir.

1974-cü ildən SSRİ Yazıçılar Birliyinin üzvü olur.

"Şah Abbasın əfsanəsi" kitabına görə 1992-ci ildə S. Stalski Respublika Ədəbiyyat Mükafatı laureatı olur[2].

"Şoloxovun anadan olmasından 100 ili" (2004) xatirə medalı ilə təltif edilmişdir.

7 yanvar 2008-ci ildə dünyasını dəyişir[3].

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

İlk hekayəsi olan "Ana və dağlar" 1965-ci ildə "Dostluq" almanaxının ləzgi nəşrində, ayrıca bir kitab olaraq isə 1967-ci ildə Dağıstan Kitab Nəşriyyatında nəşr edilmişdir. Sonrakı illərdə "Katramakanda" (1971), "Dağlarımızın tütəyi" (1975) hekayələri, "Uzaq illərin mahnısı" romanı (1980) və "Aydın bir səma altında" hekayələr toplusu (1986) ləzgi dilində nəşr olundu.

1976-cı ildə Rasim Hacının "Samur uşaqları" hekayələr kitabı Bulat Okucava tərəfindən rus dilinə tərcümə edilir və 1976-cı ildə Moskvada rus dilində nəşr olunur. 1977-ci ildə bu məcmuədən "Qardaşların gecə görüşməsi" hekayəsi "Roman qəzeti"-nin "Çəkilişlər" sayında nəşr olunur. Daha sonra 1978-ci ildə fin dilinə tərcümə edilərək Petrozavodskda "Punallippa" jurnalında və "Sovet ədəbiyyatı" jurnalında ingilis, alman, fransız, polyak və digər dillərdə nəşr olunmuşdur. 1981-ci ildə "Qardaşların gecə görüşməsi" adlı roman ləzgi dilində nəşr olunur.

1991-ci ildə Dağıstan Kitab Nəşriyyatı Rasim Hacının "Şah Abbasın Əfsanəsi" kitabını nəşr etdirir.

İstedadlı dağıstanlı şair Əlirza Səidov və dağıstanlı ədəbiyyatşünas Kamal Abukov, habelə məşhur rus yazıçıları Bulat Okucava və Sergey Zalıqin Rasim Hacının yaradıcılığını yüksək qiymətləndirmişlər.

  1. "Расим Гаджиев, биография, творческая деятельность". www.cultin.ru. 2020-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-20.
  2. Лауреаты Республиканской премии им. С. Сталъского:[ölü keçid] // dagknigoizdat.ru
  3. Скончался известный дагестанский писатель Расим Гаджиев Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine // ikunak.ru