Rasim Kərimli (01.05.1932-24.06.1996) Azərbaycan şairi[1]
Rasim Kərimli | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Tovuz rayonu |
Vəfat tarixi | |
Fəaliyyəti | şair |
facebook.com/Rasim-Kəri… |
Rasim Kərimli 1 may 1932-ci ildə Tovuz rayonu Düz Qırıqlı kəndində anadan olub.Orta məktəbi bitirdikdən sonra 1951-1956-cı illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.Uşaqlıqdan saz, zurna-balaban çalan, Bakı Dövlət Universitetində oxuyarkən qarmon və pianino çalmağı öyrənən Rasim Kərimli universitetin bədii özfəaliyyət dərnəyinin ən fəal üzvlərindən biri idi. Hələ orta məktəbdə oxuyarkən şeir yazan Rasim bu vaxt artıq respublika mətbuatında çap olunurdu. Bir il Ağsu rayonunda müəllim işlədikdən sonra 1957-1969-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dİl və Ədəbiyyat İnstitutunda elmi işçi vəzifəsində çalışıb.Lakin bədii yaradıcılığı elmi yaradıcılığa üstün gəlir və tezliklə o, M. F. Axundov adına Dillər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasına müəllim keçir. Bu vaxt Rasim artıq tanınmış şair idi. Şairin əsərlərinin xalq ruhuna son dərəcə yaxın olması onların asanlıqla əzbərlənməsinə və xalq arasında yayılmasına şərait yaradırdı. Bu təsadüfü deyildir. Uşaqlıqdan qonşuları Aşıq Nağının yanında aşıq havalarını və el şairlərinin şeirlərini əzbər öyrənməsi onun gələcək yaradıcılığına əhəmiyyətli dərəcədə təsir göstərmişdi. Bu təsir o qədər güclü olmuşdur ki, həyatı boyu saz-söz adamlarının cazibəsindən kənara çıxa bilməmişdi. Bir neçə musiqi alətlərimizdə gözəl çalan Rasim Kərimli milli musiqimizin bilicilərindən idi. Həm buna, həm də şeirlərinə görə musiqiçilər və müğənnilərin əksəriyyəti onunla dostluq edirdi. Görkəmli sənətçilərimiz Habil Əliyev, Əlibaba Məmmədov, Teymur Mustafayev, Arif Babayev, eləcə də Mayis Salmanov, Mayis Məmmədov və başqaları şairə xüsusi ehtiram göstərirdilər. Elə bir konsert (dövlət tədbirləri daxil olmaqla), elə bir şənlik, elə bir toy olmazdı ki, Rasim Kərimlinin sözlərinə yazılmış mahnılar oxunmasın. Şairin "Səndən savayı", "Biləydin kaş", "Bir qız bir oğlanındır", "Qurban olum", "Sənsiz", "Min yaşasın", "Axtarar səni", Zümrüd Məmmədova və Təhmurazın oxuduğu çox maraqlı, dərin mənalı "Deyişmə" və başqa şeirlərinə bəstələnmiş mahnılar dillər əzbəri olmuşdu. "Dostluq ilk sözümdür"(1969), Şəfqət bulağım"(1975), "Dünya mərdlər dünyasıdır"(1979), "Biləydin kaş"(1983), "İntizarda qoyma məni" ( 1991) və s. kitabların müəllifi olub. Rasim Kərimli 1996-cı il 24 iyunda vəfat edib[2]
Rəşid ağa Cavanşir qızı Zəminə bəyimlə evlənmişdir.