Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Rəşid ağa Cavanşir (tam adı: Rəşid ağa Azad ağa oğlu Cavanşir; 1899, Şuşa – 14 yanvar 1938) — repressiya qurbanı. Behbud xan Cavanşirin qardaşı, Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi Azad xanın oğlu.
Rəşid ağa Cavanşir | |
---|---|
Rəşid ağa Azad xan oğlu Cavanşir | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat səbəbi | repressiya qurbanı |
Milliyyəti | azərbaycanlı |
Məşhur Cavanşir nəslindən olan Rəşid ağa Cavanşir 1889-cu ildə Cavanşir qəzasının Qaraqoyunlu kəndində Azad ağanın ailəsində dünyaya gəlmişdi. Behbud xanın qətlindən sonra qardaşları Cəmşid ağa və Surxay ağanın təkidinə baxmayaraq, İstanbula getməyib Bakıda qalmışdı. Azərittifaqda mühasib işləyirdi.
4 qardaş olmuş Rəşid bəy Cavanşirin Surxan bəy, Cümşüd bəy adlı qardaşları Türkiyəyə mühacirət etmiş, digər qardaşı Əkbər Ağa isə Bakıya qaçmışdır. Rəşid bəy Cavanşirin iki qızı olmuşdur. Zəminə Cavanşir və Bəturə Cavanşir.
Rəşid Ağa Cavanşir 1920-ci ildə məşhur Tərtər üsyanının iştirakçısı və təşkilatçılarından biri olmuş, öz dəstəsi ilə birlikdə Qızıl Ordu hissələrinə qarşı vuruşmuşdur. Üsyan yatırıldıqdan sonra Rəşid Ağaya məxsus bütün mal-qara, torpaq, əmlak müsadirə olunmuş, Rəşid Ağa isə bir müddət Qarabağda yaşasa da, sonra Bakıya gələrək şəhərdə bir kontorda işə düzəlmişdir.[1]