Rasim Musayev (azərb. Musayev Rasim İslam oğlu; 10 iyun 1960, Mirbəşir rayonu – 3 sentyabr 2015, Bakı) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru[1].
Rasim Musayev | |
---|---|
2 fevral 2013 – 3 sentyabr 2015 | |
20 noyabr 2007 – 21 yanvar 2013 | |
Əvvəlki | Qərib Həsənov |
Sonrakı | Faiq Şabanov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 iyun 1960 |
Doğum yeri | |
Vəfat tarixi | 3 sentyabr 2015 (55 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Ürək tutması |
Uşağı | 3 |
Rütbəsi |
Polis general-mayoru |
Rasim Musayev 10 iyun 1960-cı ildə Tərtər rayonununda anadan olub. Əslən Göyçə mahalının Kiçik Məzrə kəndindəndir.
DİN-in Polis Akademiyasını 2001-ci ildə bitirmişdir, Binəqədi Rayon Polis İdarəsi rəisinin birinci müavini, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi, Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin rəisi, 2005–2007-ci illərdə Cəlilabad Rayon Polis şöbəsinin rəisi, 2007–2013-cü illərdə isə Gəncə Şəhər Polis İdarəsinin (2011-ci ildə Gəncə şəhər Polis İdarəsi Baş Polis İdarəsinə çevrilib) rəisi vəzifələrində çalışıb.
2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ona polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir.
Rasim Musayev xahişi nəzərə alınaraq 2013-cü il yanvarın 21-də Daxili İşlər nazirinin əmri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib[2].
2013-cü ilin fevral ayının 2-də Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib[3].
3 sentyabr 2015-ci ildə Bakı şəhərində ürəktutmasından vəfat etmişdir.[4] Mehdiabad qəbiristanlığında dəfn edilib.[5]
Ailəli idi. İslam, Firuzə və Lalə adlı üç övladı var. İslam Daxili İşlər Orqanlarında xidmət edir.
Peşəkar polis işçisi olan Rasim Musayev uzun illər Daxili İşlər Orqanlarında xidmət edib. O, təcrübəli polis əməkdaşı olmaqla yanaşı, öz peşəkarlığı, cinayətkarlığa qarşı mübarizədə prinsipiallığı, həmçinin, polis əməkdaşları arasındakı şəxsi nüfuzuna görə həmişə diqqəti çəkib və yuxarı instansiyalar tərəfindən qiymətləndirilmişdir.
Həmkarları və ictimaiyyət arasında böyük nüfuz sahibi olan Rasim Musayev çoxsaylı cinayət törətmiş dəstənin aşkar edlməsi, sui-qəsdlərin, ev oğurluqlarının, qətllərin və digər cinayət hadisələrinin törədilməsində iştirakçı olan şəxslərin yaxalanmasında bir bölmə rəisi kimi xüsusi xidmətləri olmuşdur.[6]