Faiq İsmayıl oğlu Şabanov (10 mart 1963, Qayabaşı, Basarkeçər rayonu) — Gəncə Şəhər Polis İdarəsinin rəisi (2013–2019).
Faiq Şabanov | |
---|---|
2 fevral 2013 – 17 yanvar 2019 | |
Əvvəlki | Rasim Musayev |
Sonrakı | Əkbər İsmayılov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 mart 1963 (61 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | polis |
|
|
Təltifləri |
Faiq Şabanov 1963-cü ildə mart ayının 10-da Göyçə mahalının Qayabaşı kəndində anadan olub. Səkkizillik təhsilini doğma kəndində, orta təhsilini isə Qoşabulaq kəndində (1980) alıb[1].
1982–1984-cü illərdə Novosibirsk şəhərində hərbi xidmətdə olub, tərxis olunduqdan sonra Belqorod şəhərində milis nəfəri kimi əmək fəaliyyətinə başlayıb.[1]
Sonralar ali milis məktəbini bitirən F. Şabanov tədricən bu sistemdə vəzifə pilləsində yüksəlib. Polis polkovniki F. Şabanov Zaqatala Rayon Polis Şöbəsinin rəisi işləmişdir[2].
10 noyabr 2011-ci ildə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə Xəzər Rayon Polis İdarəsinə rəis təyin olunub[3][4].
Faiq Şabanov 2 fevral 2013-cü ildə Daxili İşlər Nazirinin əmri ilə Gəncəyə polis rəisi vəzifəsinə təyin olunub[5].
Faiq Şabanov 17 yanvar 2019-cu ildə Daxili İşlər Nazirliyin əmri ilə Gəncə Şəhər Baş Polis idarəsinin rəisi vəzifəsindən azad edilib.[6]
2009-cu il iyulun 1-də ictimai asayişin təmin olunmasında fərqləndiyinə görə ölkə başçısının sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub[2].