Rauf Hüseynov (riyaziyyatçı)

Rauf Vəli oğlu Hüseynov (12 iyun 1940, Göyçay21 fevral 2019) — AMEA Riyaziyyat və Mexanika İnstitutunun Riyazi fizika tənlikləri şöbəsinin müdiri, Fizika-riyaziyyat elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü (2007).[1]

Rauf Hüseynov
Rauf Vəli oğlu Hüseynov
Doğum tarixi
Doğum yeri Göyçay, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (78 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi riyaziyyat
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Elmi adı professor
İş yerləri Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu
Alma-mater Azərbaycan Dövlət Universiteti riyaziyyat fakültəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Rauf Vəli oğlu Hüseynov 12 iyun 1940-cı ildə Azərbaycan Respublikasının Göyçay şəhərində anadan olmuşdur.1964-cü ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) mexanika-riyaziyat fakültəsini bitirmişdir.1964-1967-ci illərdə M.V. Lomonosov adına Moskva Dövlət Universitetində aspirant, 1991-1994-ci llərdə isə həmin universitetin doktorantı olmuşdur. 1990-2002-ci illərdə R.V. Hüseynov AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçi, aparıcı elmi işçi, “Funsional analız” şöbəsinin müdiri, baş elmi işçi vəzifələrində işləmişdir. 2002-2005-ci illərdə Türkiyə Respublikasının Afyon şəhərinin Hocatepe Universitetinin professoru, 2006-cı ildə Milli Aviasiya Akademiyasında professor vəzifəsində işləmişdir. 2007-ci ildən isə AMEA Riyaziyyat və Mexanika İnstitutunun ”Riyazi fizika tənlikləri” şöbəsinin müdiri vəzifəsində işləyir. R.V. Hüseynov funksional analiz sahəsində dünya şöhrətli Moskva Riyaziyyat məktəbinin yetirməsidir. Onun elmi rəhbəri M.V.Lomonosov adına MDU-nun professoru Q.E.Şilov olmuşdur. R.V. Hüseynov inteqral və ölçü nəzəriyyəsi, xüsusi törəməli diferensial tənliklər sahəsində bir sıra mühüm nəticələrin müəllifidir.

Rauf Vəli oğlu Hüseynov Azərbaycan elminin inkişafında xidmətlərinə görə 2015-ci ilin noyabr ayında Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Alim 2019-cu il fevralın 21-də vəfat edib.

Elmi əsərləri[redaktə | mənbəni redaktə et]

  1. К теории преобразования Фурье-Винера. Вест. Моск. Ун-та. 1969. №4, ст 17-25.
  2. Некоторые свойства преобразования Фурье-Винера. Вест. Моск. Ун-та. 1970. №4
  3. О решениях квазиэллиптических уравнений в цилиндре, удовлетворяющих условию Неймана на некомпактной части границы, Диф. уравнения 1990. №11, том.26, с. 2004-2006.
  4. О гладкости решений одного класса квазиэллиптических уравнений. Вест. Моск. Ун-та. 1992 №6, с.10-14.
  5. О неравенствах типа Харди и их применениях в теории и квазиэллиптических уравнений Докл. РАН 1993? т.330. №5, с.542-545.
  6. Об анизотропных неравенствах Харди и их применениях, Матем. сб. 1993. т.184, №6, с.33-66.
  7. О спектре квазиэллиптических дифференциальных операторов, Мат. заметки 1993. т.53, №6, ст 145-148.
  8. Об оценках решений задачи Неймана для квазиэллиптических уравнений в неограниченных областях, Усп. Мат. наук 1993. т.49., №1,ст 209-210
  9. Краевые задачи для квазиэллиптических уравнений на компактных многообразиях, Дифференциальные уравнения, 1996, т.32, №5,с.704-705
  10. Неравенства Харди в функциональных пространствах, содержащих производные нецелого порядка. Матем. заметки, Т.63, вып.5, 1998,ст.673-678.

Əsərləri[redaktə | mənbəni redaktə et]

53 elmi məqalənin müəllifidir.19 məqaləsi respublikadan kənarda dərc edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Hüseynov Rauf Vəli oğlu" (az.). science.gov.az. 2017. 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.