Rauf Vəli oğlu Hüseynov (12 iyun 1940, Göyçay – 21 fevral 2019) — AMEA Riyaziyyat və Mexanika İnstitutunun Riyazi fizika tənlikləri şöbəsinin müdiri (2007-2019), fizika-riyaziyyat elmlər doktoru (1999), professor (2009), AMEA-nın müxbir üzvü (2007).[1][2][3]
Rauf Hüseynov | |
---|---|
Rauf Vəli oğlu Hüseynov | |
Doğum tarixi | |
Doğum yeri | Göyçay, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (78 yaşında) |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | riyaziyyat |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru (1999) |
Elmi adı | professor(2009) |
İş yerləri | Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu |
Alma-mater | Bakı Dövlət Universiteti Riyaziyyat fakültəsi |
Rauf Hüseynov 12 iyun 1940-cı ildə Azərbaycan Respublikasının Göyçay şəhərində anadan olub. 1964-cü ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyat fakültəsini bitirib.[1] 1964-1967-ci illərdə M.V. Lomonosov adına Moskva Dövlət Universitetində aspirant, 1991-1994-ci illərdə isə həmin universitetin doktorantı olub.[2][3]
Rauf Hüseynov 1972-1979-cu illərdə Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışıb. O, 1979-1990-cı illərdə Çingiz İldırım adına Politexnik İnstitutunun Gəncə filialında müəllim, dosent, Ali riyaziyyat kafedrasının müdiri olub. 1990-2002-ci illərdə R.V. Hüseynov AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçi, aparıcı elmi işçi, Funsional analız şöbəsinin müdiri, baş elmi işçi vəzifələrində işləyib.[1][2][3]
Rauf Hüseynov 2002-2005-ci illərdə Türkiyə Respublikasının Afyon şəhərinin Hocatepe Universitetinin professoru, 2006-cı ildə Milli Aviasiya Akademiyasında professor vəzifəsində işləyib. Alim 2007-2019-cu illərdə isə AMEA Riyaziyyat və Mexanika İnstitutunun Riyazi fizika tənlikləri şöbəsinin müdiri vəzifəsini icra edib.[1][2][3]
Rauf Hüseynov 1973-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru, 1999-cu ildə riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini, 2009-cu ildə professor elmi adını alıb. O, 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib.[1][2][3]
Rauf Hüseynov funksional analiz sahəsində dünya şöhrətli Moskva riyaziyyat məktəbinin yetirməsidir. Onun elmi rəhbəri M.V.Lomonosov adına MDU-nun professoru Q.E.Şilov olub. R.V. Hüseynov inteqral və ölçü nəzəriyyəsi, xüsusi törəməli diferensial tənliklər sahəsində bir sıra mühüm nəticələrin müəllifidir. Alim 51 elmi məqalənin müəllifidir. Onun rəhbərliyi altında 2 elmlər doktoru və 1 fəlsəfə doktoru hazırlanıb.[1][2][3]
Rauf Hüseynov 2019-cu il fevralın 21-də vəfat edib.[2]
Rauf Vəli oğlu Hüseynov Azərbaycan elminin inkişafında xidmətlərinə görə 2015-ci ilin noyabr ayında Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.[4][5]