Rauf Hidayət oğlu Mirzəyev (6 iyun 1971, Şahağac, Astara rayonu – 23 oktyabr 1993, Cəbrayıl rayonu) — Birinci Qarabağ müharibəsinin iştirakçısı, şəhidi.
Rauf Mirzəyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 iyun 1971 |
Doğum yeri | |
Vəfat tarixi | 23 oktyabr 1993 (22 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Hidayət Mirzəyev |
Anası | Minəvvər Mirzəyevə |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1993 |
Döyüşlər | Qarabağ müharibəsi |
Rauf Hidayət oğlu Mirzəyev 6 iyun 1971-ci ildə Astara rayonunun Şahağac kəndində anadan olub. 30 iyun 1993-cü ildə könüllülər sırasınada Milli Orduya daxil oldu.[1]
Raufu kəşfiyyatçılar bölüyünə yazdılar. İlk döyüşü Ağdamda oldu. Sonra isə Cəbrayılda sonuncu döyüşü oldu. 23 oktyabr 1993-cü ildə şəhid olur. Şəhidin oxuduğu Astara rayonunun Şahağac kənd 1 saylı tam orta məktəbinə onun adı verilmişdi. Doğulduğu Astara rayon Şahağac kəndində yeni inşa olunan bulaq kompleksində Birinci Qarabağ müharibəsi şəhidi Rauf Mirzəyevin xatirəsi əbədiləşdirilib. Yaşadığı Astara rayonunun Şahağac kəndində şəhidimizin adını əbədiləşdirilməsi üçün plakatı qoyulub.