Rauf Quliyev

Quliyev Rauf Ələkbər oğlu (5 yanvar 1938, Kirovabad11 oktyabr 2023[1]) — BDU-nun "Genetika və darvinizm" kafedrasının müdiri, Professor.

Rauf Quliyev
Quliyev Rauf Ələkbər oğlu
Doğum tarixi 5 yanvar 1938(1938-01-05)
Doğum yeri
Vəfat tarixi 11 oktyabr 2023(2023-10-11)[1] (85 yaşında)
Elm sahəsi Təbiət elmləri
Elmi dərəcəsi Kənd təsərrüfatı elmləri doktoru
Elmi adı professor
İş yeri Bakı Dövlət Universiteti
Tanınmış yetirmələri 1 doktor və 5 elmlər namizədi

5 yanvar 1938-ci ildə Gəncə şəhərində anadan olmuşdur.1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını fərqlənmə diplomu ilə bitirib.1962-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində olan Genetika və Seleksiya Elmi Tədqiqat İnstitutuna kiçik elmi işçi vəzifəsinə təyin olunmuşdur.

1967-ci ildə müsabiqə əsasında Bakı Dövlət Universitetin Genetika və darvinizm kafedrasına assistent vəzifəsinə seçilmişdir.

1967-ci ildən bu kafedrada assistent, baş müəllim, dosent, professor vəzifəsində çalışır. 1988-ci ildən BDU-nun Genetika və darvinizm kafedrasına müdir seçilmiş və bu günədək həmin kafedraya rəhbərlik edir.

Apardığı dərslər: Genetika; Təkamül təlimi; Bitkilərin genetikası; Bitkilərin seleksiyası. 97 məqalə, 1 monoqrafiya, 2 kitab və 1 müəlliflik şəadətnaməsinin müəllifidir. 1 doktor və 5 elmlər namizədi hazırlayıb. 6 pambıq sortunun müəllifidir — bunlardan biri "Ağdaş-3" 1982-ci ildən bu günədək Respublikanın pambıq sahələrində əsas yer tutur. 1981-ci və 1987-ci illərdə keçmiş SSRİ Xalq Təsərrüfatı Sərqisinin iştirakçısı kimi Baş Komitənin bürünc və gümüş medalları ilə təltif edilmişdir. Genetika və seleksiya sahəsindəki nailiyətlərinə görə "SSRİ ixtiraçısı" medalı və SSRİ Elmləri Akademiyasının Rəyasət Heyətinin qərarı ilə N. İ. Vavilov adına medali lə təltif olunmuşdur. Azərbaycanq Respublikası "Təhsil Cəmiyyətinin" Təhsil sahələri üzrə nailiyyətlərinə görə təsis etdiyi mükafata layiq görülüb və diplom alıb.

Beynəlxalq seminar, Simpozium və Konfranslarda İştirakı

[redaktə | mənbəni redaktə et]

1973–1990-cı illər ərzində tədbiqi mutagenez sahəsində hər il Moskvada keçirilən konfranslarda müntəzəm iştirak etmiş və elmi məruzələr ilə çıxışlar etmişdir. Türkiyənin Qəhrəman marac şəhərində 1999-cu ildə keçirilən "Türk dünyasının pambıqçılığının inkişafı" adlı simpoziumda məruzə ilə çıxış etmişdir.

Seçilmiş Əsərləri

[redaktə | mənbəni redaktə et]
  • 2003, Некоторые сведения о геноме человека. Вестник БГУ, № 3, стр. 60–65
  • 2005, Селекция парниковых сортов томата на устойчивость микрогамет к высоким и низким температурам. Вестник БГУ, № 3, стр. 37–45.
  • 2005, Mikroqametlərin yüksək və aşağı temperaturun təsirinə davamlılığına görə pomidorun istixana sortlarının seleksiyası. BDU. "Xəbərlər", bioloji seriya, № 3, səh. 37–45.
  • 2006, Генозащитное действие маслиновой кислоты при радиационном и химическом мутагенезе. Вестник БГУ, № 2, стр. 64–71
  • 2007, Quraqlıq şəraiti üçün taxıl sortlarının kəmiyyət üsulları ilə seçilməsinin qanunauyğunluqları. BDU "Xəbərlər"-i jurnalı, təbiət elmləri seriyası, № 4, səh. 57–62.
  • Genetikanın əsasları ilə bitkilərin seleksiyası , 18 ç.v., 1994, BDU nəşriyyatı;
  • "Pambığın mutasion seleksiyasında genotipin rolu"-monoqrafiya 19 ç.v., 1994, BDU-nun nəşriyatı.
  • "Genetika" dərslik. 25 ç.v.,2002 il, BDU nəşriyyatı.