Rauf Sərdarlı Mədət oğlu — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor.[1]
Rauf Sərdarlı | |
---|---|
Rauf Sərdarlı Mədət oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | professor |
Sərdarlı Rauf Mədət oğlu 8 yanvar 1949-cu ildə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun «Seqnetoelektriklərin Radiasiya Fizikası» laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professordur.
Rauf Sərdarlı rezonans və anharmonik qarşılıqlı əlaqənin, anizotropiyanın və qəfəs fonon spektrlərində qanunauyğunluqları təyin etmişdir. A3B6 və A3B3C62 tipli birləşmələrin qəfəsinin temperatur qeyri stabilliyinin tədqiqatları faza keçidlərin mövcudluğu aşkar edilmiş və hərtərəfli tədqiq etmişdir.
Onun tərəfindən ilk dəfə olaraq təyin edilmişdir ki, faza keçidləri ifrat strukturlu inkommensurate temperatur oblastları ilə müşahidə olunur. Həmçinin, tədqiq olunan obyektlərin qəfəs dinamikasını xüsusiyyətlərindən tam və dolğun informasiya əldə etməkdən ötrü Raman, infraqırmızı və neytron spektroskopiya üzrə eksperimentlər aparılmışdır.
R.Sərdarlı elmi fəaliyyət istiqamətlərindən biri də qamma şüaların və Yan-Teylor tipli aşkarların A3B6 и A3B3C62 birləşmələrin energetik spektrə təsirini öyrənməkdən ibarət olmuşdur. Bu tədqiqatların nəticəsi kimi təyin edilmişdir ki, bəzi şərtlər çərçivəsində, laylı və zəncirvarı quruluşlu kristallar aşağı ölçülü sistemlər kimi özlərini göstərir. Belə ki, bu birləşmələrdə relaksor tipli temperatur asılılığı, dielektrik əmsalının mənfi qiymətləri, kvant nöqtələrinə xas olan energetik spektr, mezoskopik ifrat strukturlar, terahertz oblastında güclü udma zolaqları və sairə xüsusiyyətlər müşahidə edilmişdir.
Rauf Sərdarlı bərk cisimlər fizikası üzrə tanınmış mütəxəssisdir. O, anizotrop - laylı və zəncirvarı quruluşu olan kristalların energetik spektrlərinin və qəfəs dinamikasının tədqiqatı ilə məşğuldur. Bu tədqiqatların nəticələri məqalə şəklində beynəlxalq referə edilən (peer-reviewed scientific journals) jurnallarda və Respublikadaxili jurnallarda çap edilmişdir.
Rauf Sərdarlının 8 patenti vardır. Beynəlxalq və ölkədaxili konfranslarda 125 məruzə edilmiş, tədqiqatların nəticələri iki monoqrafiyada öz əksini tapmışdır. Monoqrafiyaların biri Bakıda, digəri isə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində, “Nova Science Publishers” nəşriyyatında çap edilmişdir.
R.Sərdarlı 57-si xarici jurnallarda olmaqla, ümumilikdə 261 elmi əsərin müəllifidir. Alimin rəhbərliyi altında 10 fəlsəfə doktoru və 2 elmlər doktoru hazırlanmışdır.
1. Sardarly R.M., Samedov O.A., Abdullayev A.P., Bayramov A.A. FEATURES OF CONDUCTIVITY ANISOTROPY OF INTERCALATED NANODIMENSIONAL RELAXOR TlInS2<Ge>. Journal ”Scientific Israel-Technological Advantages” MATERIAL ENGINEERING v.11, no.1, 2009. p. 99-105.
2. Sardarly R.M., Samedov O.A., Abdullayev A.P., Huseynov E.K., Salmanov F.T.
“Specific Features of Conductivity of γ–Irradiated TlGaTe2 Crystals with Nanochain Structure” Semiconductors 44, 485 (2010).
3. A.M. Panich and R.M. Sardarly, “Physical properties of the low dimensional A3B3 and A3B3C62 compounds,” Nova Science Publishers, New York (2010), p. 287.
4. Sardarly R.M., Samedov O.A., Abdullayev A.P., Salmanov F.T. “Giant dielectric relaxation in TlGaTe2 crystals”. FTT, Solid State Physics (Physica Tverdovo Tela), v.53, N.8, p. 1488-1492 (2011).
5. Sardarly R.M., Samedov O.A., Abdullayev A.P., Huseynov E.K., E.M. Godjaev, Salmanov F.T. “Superion conductivity in TlGaTe2 crystals”. FTP, (Physica i Technica Poluprovodnicov), Semiconductors 45, 1009-1013 (2011).
6. Rauf Sardarly, Oktay Samedov, Adil Abdullayev, Famin Salmanov, Andzey Urbanovic, Frideric Garet, Jean-Louis Coutaz “Superionic Conductivity in One-Dimensional Nanofibrous TlGaTe2 Crystals” Japanese Journal of Applied Physics 50 (2011).
7. Sardarly R.M., Samedov O.A., Abdullayev A.P., Salmanov F.T., Alekperov O.Z.,Huseynov E.K., Aliyeva N.A. “Superionic Conductivity, Switching and Memory Effects in TlInSe2 and TlInTe2 Crystals” FTP, (Physica i Technica Poluprovodnicov), Semiconductors 45, No.11, 1387-1390 (2011).
8. Panich A.M., Mogilyansky D., Sardarly R.M. “Phase transitions and incommensurability in the layered semiconductor TlInS2 – an NMR study” J. Phys.: Condensed Matter 24 (2012), 135901.
9. Sardarly R.M., Samedov O.A., Aliyeva N.A., Agayeva R.Sh., Musa-zade T.N. "Superionic Conductivity and Specific Effects Induced by γ-Radiation in Nanofibrous TlGaTe2 сrystals" International Journal of Theoretical and Applied Nanotechnology, 2012, v.1, n.1, 20-28.
10. Sardarly R.M., Samedov O.A., Abdullayev A.P., Huseynov E.K., Salmanov F.T., Aliyeva N.A., Agayeva R.Sh. “Ionic conductivity and dielectric relaxation in γ - irradiated TlGaTe2 crystals”. FTP, (Physica i Technica Poluprovodnicov), Semiconductors 47, No.5, 696-701 (2013).
11. Сардарлы Р.М., Самедов О.А., Алиева Н.А., Гусейнов Э.К., Гасанов И.С. Поляризация, вызванная объемными зарядами и ионная проводимость в кристаллах TlInSе2. ФТП, 2014, том.48, вып.4, стр.442-447.
12. Arif Pashaev, Arif Badalov, Rauf Sardarly, Oktay Samedov, Nurana Alieva, Rayiha Agayeva, Aygun Orujova, Arzu Sardarli Prospective Application of A3B3C62 Type Semiconductors for Developing Nano-size Electronic Devices. International Journal of Theoretical and Applied Nanotechnology, 2014, v.2, n.1, 9-17.
13. Sardarly R. M., Garet F., M. Bernier and J.-L. Coutaz Chapter 18, “Characterization of Selenide, Sulfide and Telluride Materials by Terahertz Time-Domain Spectroscopy”. Series: NATO Science for Peace and Security Series B: Detection of Explosives and CBRN (Using Terahertz). Springer book, 2014, 257 p.
14. R.M. Sardarly, O.A. Samedov, N.A. Aliyeva, E.K. Huseynov, A.P. Abdullayev, F.T. Salmanov, E.M. Kerimova “Conductivity on the localized states of (TlInSe2)1−x (TlGaTe2)x solid solutions. ”. FTP, (Physica i Technica Poluprovodnicov), Semiconductors 49, No.12, 1704-1709 (2015)
15. Sardarly R.M, Badalov A.Z., Abdullayev A.P., Vazirova T.N., F. Garet J.-L. Coutaz, Orujova A.A. “Features terahertz spectra of layered crystals TlInS2”, FTT, (Physics of the Solids State 58, NO.1 (2016).
16. Sardarly R.M., Samedov O.A., Aliyeva N.A., Agayeva R.Sh., Musa-zade T.N. "Superionic Conductivity and Specific Effects Induced by γ-Radiation in Nanofibrous TlGaTe2 сrystals" International Journal of Theoretical and Applied Nanotechnology, 2012, v.1, n.1, 20-28.
17. Sardarly R.M., Samedov O.A., Abdullayev A.P., Huseynov E.K., Salmanov F.T., Aliyeva N.A., Agayeva R.Sh. “Ionic conductivity and dielectric relaxation in γ - irradiated TlGaTe2 crystals”. FTP, (Physica i Technica Poluprovodnicov), Semiconductors 47, No.5, 696-701 (2013).
18. Сардарлы Р.М., Самедов О.А., Алиева Н.А., Гусейнов Э.К., Гасанов И.С. Поляризация, вызванная объемными зарядами и ионная проводимость в кристаллах TlInSе2. ФТП, 2014, том.48, вып.4, стр.442-447.
19. Arif Pashaev, Arif Badalov, Rauf Sardarly, Oktay Samedov, Nurana Alieva, Rayiha Agayeva, Aygun Orujova, Arzu Sardarli. Prospective Application of A3B3C62 Type Semiconductors for Developing Nano-size Electronic Devices International Journal of Theoretical and Applied Nanotechnology, 2014, v.2, n.1, 9-17.
20. Sardarly R.M. “Metrology, standardization, certification and quality control”, (Dərslik, «Azərbaycan Hava Yolları», Milli Aviasiya Akademiyasının Poliqrafiya Mərkəzi) Baku, 2014, 111 s.
21. Panich A.M., Sardarly R.M. “205Tl NMR Study of Electron-Nuclear Interactions and Phase Transition in the Semiconductor TlGaTe2” J. Phys.: Condens. Matter: JPCM-101859.
22. R. M. Sardarly, F. Garet, M. Bernier and J.-L. Coutaz Chapter 18, “Characterization of Selenide, Sulfide and Telluride Materials by Terahertz Time-Domain Spectroscopy”. Series:NATO Science for Peace and Security Series B: Detection of Explosives and CBRN (Using Terahertz). Springer book. 2014, 257 p.
Sərdarlı Rauf Mədət oğlu [1]