Rayxsbrük

Rayxsbrük (alm. Reichsbrücke‎ – "imperiya körpüsü" ) — Avstriya, Vyanada Dunay çayı üzərində böyük körpü. Körpü Leopoldştadtdakı Mexikoplatz meydanını Donauştadtdakı Donauinzel adası ilə əlaqələndirir. Rayxsbrük gündə 50.000 nəqliyyat vasitəsi tərəfindən istifadə olunur və altı hərəkət zolağı, U-Bahn cığırları, iki piyda səkisi, iki velosiped və iki kommunal tunel daşıyır.

Rayxsbrük
alm. Reichsbrücke
Xəritə
48°13′41″ şm. e. 16°24′36″ ş. u.
Keçid Dunay
Yeri  Avstriya, Vyana
Uzunluğu 865 metr (2,838 ft)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mövcud Rayxsbrükün yerində quurulan ilk körpü, 1872–1876-cı illərdə Kronprinz-Rudolph-Brücke ( Vəliəhd Şahzadə Rudolf Körpüsü) adı ilə Vyanada Dunayın nizamlanmasından əvvəl inşa edilmişdir. Köpü rəsmi olaraq 21 Avqust 1876-cı ildə açıldı və Avstriya respublika olandan sonra, 1919-cu ildə adı Rayxsbrük olaraq dəyişdirildi.

1930-cu illərdə işsizliyin səviyyəsini azaltmaq üçün bir tədbir olaraq köhnə Rayxsbrükün yerində bir asma körpünün inşası planlaşdırılırdı. Texniki planlar memarlar Siegfried Theiz və Hans Yaks tərəfindən tərtib edildi, bədii nəzarət Clemens Holzmeisterə verildi.

Köhnə körpünün dirəkləri aşağıya doğru uzadıldı və tikili yeddi saatdan az bir müddətdə 26 m hərəkət etdi. Beləliklə, yeni körpü köhnə körpünün xəttində nəqliyyatda uzun müddət davam edən fasilələr olmadan inşa edilə bildi. 1934-1937-ci illər arasında inşa edilən bu asma körpüdə dörd hərəkət zolağı, hər iki tərəfdə iki tramvay xətti və piyada yolları keçirdi. Daşqın düzənliklərindəki körpülər də genişləndirilib. Yeni körpü 10 oktyabr 1937-ci ildə Kardinal İnnitzer və bundesprezident Vilhelm Miklas tərəfindən açıldı.

İkinci Dünya Müharibəsi dövründə Rayxbrük, Vyananın Dunay üzərindəki körpülərindən ciddi bir zərər görməməsi fərqləndi. Şəhərə hücum edən Qızıl ordu, körpünü Vermaxtdan müdafiə edərək körpünün dağıdılmasının qarşısını almaq üçün vaxtında oldular və nəticədə körpü bir müddət Brücke der Roten Armee ( Qırmızı Ordu Körpüsü) adlandırıldı. Körpü 1948-1952-ci illər arasında təmir edilmişdir. 1948-ci ildə körpü Üçüncü Adam filmində məkan olaraq istifadə edildi.

Rayxsbrükün dağılması

[redaktə | mənbəni redaktə et]

1 avqust 1976-cı il tarixində, saat 05:00-dan bir qədər əvvəl körpü çökdü, nəticədə bir nəfər həlak oldu. Çökmənin əsas səbəbi, onları əhatə edən kütləvi qranit qatı səbəbindən yoxlama zamanı qeydə alınmayan bir struktur çatışmazlığı olduğu müəyyən edildi.[1] Bir yük maşını məhv oldu və bir neçə gəmi zədələndi. Boş bir şəhər avtobusunun sürücüsü özünü xilas edə bildi və onun avtobusu xilas oldu. Avtobus 1989-cu ilə qədər istifadəyə davam etdi və indi Vyananın tramvay muzeyində ( Straßenbahnmuseum ) yaşayır.

Yeni körpünün dizaynı üçün beynəlxalq müsabiqəyə start verildi və Con Nestroy qalib gəldi. Tikinti 1978-ci ildə başladı və körpü 8 Noyabr 1980-ci ildə Johann-Nestroy-Brücke adı altında şəhər məclis üzvü Heinz Nittel tərəfindən rəsmi olaraq açıldı.[2][3][4]

Vyana U-Bahn şəbəkəsi geniş sınaqdan sonra ilk dəfə 3 sentyabr 1982-ci ildə Rayxsbrük üzərindən keçirildi.

2003-cü ildə körpünün ətraf hissəsi işıqlandırma ilə birlikdə əsaslı təmir edildi, piyada və velosiped yolları genişləndirildi. Eyni zamanda dar və qəzalı səkilərin ləvği ilə zolaqların eni artırıldı.

Almaniyada bir sərnişin gəmisi 2004-cü ildə Rayxsbrükün ayaqlarından biri ilə toqquşaraq bir neçə nəfəri ağır yaraladı. Qəza nəticəsində körpü yararsız hala düşdü.

9 İyul 2005 Şənbə günü Reyxsbrücke'nin binasının 25-ci ildönümü qeyd olundu və bərpa işləri başa çatdı. Şəbəkə xüsusi səs-küy verən bir təbəqə ilə bərpa olundu və üç yeni gecə dayanacağı inşa edildi.

  • Alfred Karrer: ''Reichsbrückeneinsturz 1976.'' Martin Fuchs, Vienna 2002, ISBN 3-9501581-3-8
  • Alfred Pauser: ''Brücken in Wien.'' Springer, Vienna 2005, ISBN 3-211-25255-X
  1. "Reichsbrücke - wien.gv.at" (alman). 2020-10-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-13.
  2. "Auch Reichsbrücke brach am 1. August (The Reichsbrücke also broke on the 1st of August)" (alman). Der Standard. 5 Avqust 2007. 2022-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-13.
  3. "25 Jahre Reichsbrücke (25 years of the Reichsbrücke)" (alman). ORF. 9 İyul 2007. 2011-07-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-13.
  4. "Wiener Reichsbrücke: Einsturz jährt sich zum 30. Mal (Reichsbrücke, Vienna: 30th anniversary of collapse)" (alman). Kleine Zeitunq. 2 Avqust 2007. 2008-05-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]