Rəcəb İvedik 4 (türk. Recep İvedik 4)[3] — Rəcəb İvedik 3 filminin davam filmi. Rejissor və ssenari müəllifi Toqan Gökbakar, prodüseri isə Əmrah Çobandır. Şahan Gökbakar filmin baş rolunu canlandırır.
Rəcəb İvedik 4 | |
---|---|
türk. Recep İvedik 4 | |
Janr | komediya filmi |
Distribütor | Netflix |
İlk baxış tarixi | 2014, 20 fevral 2014[1] |
Müddət | 117 dəq.[2] |
Ölkə | |
Dil | türk dili |
Əvvəlki film | Recep İvedik 3 |
Sonrakı film | Recep İvedik 5 |
Rəng | rəngli |
IMDb | ID3477064 |
Recep İvedik, məhləsindəki uşaq futbol komandasına məşqçilik edir. Məşqlər üçün, özünün də uşaqlığından bəri futbol oynadığı, məhlənin boş olan tək ərazisini istifadə edir. Rəcəb, bu torpağın bir podratçıya satıldığını öyrənir. Məhlə və uşaqlar üçün çox dəyərli olan bu ərazini itirməmək üçün özü buranı almağı qərar verir. Tapdığı üsullarla (Qəhvə əhalisindən pul toplamaq, Bankdan Ehtiyac Krediti almağa cəhd etmək, Böyrəyini və digər orqanlarını satmağı cəhd etmək) ərazinin pulunu toplaya bilməyincə, çarəni böyük mükafatlı bir yarışmaya qatılmaqda tapan Rəcəbi maldiv adalarında çətin və gülməli bir macəra gözləyir.
Aktyor | Rol |
---|---|
Şahan Gökbakar | Rəcəb İvedik |
Əli İhsan Varol | Əli İhsan Varol |
İrfan Kangı | İrfan bəy (Sahibsiz ada aparıcısı) |
Cem Korkmaz | Xəlil İbrahim |
Baris Bulut | Taylan |
Ece İncebay | Aslıxan |
Əkrəm Aral Tuna | Arif |
Əziz Karakaya | Apaçi Serkan |
Berna Üçkaleler | Simgə |
Serkan Sağdıç | Burak |
Caner Tanrıverdi | Cenk |
Gülşah Yanaş | Gaye |
Xəlil İbrahim Yılmaz | Necati |
Qurğu | Erkan Özekan (Qurğu) |
---|---|
Bədii Rəhbər Qrupu | Tural Polat (Bədii Rəhbər), Gerard Simon (Görüntü Rejissoru) |
Rejissor Köməkçisi | Müge Manuş |
Makiyaj və Geyim Komandası | Ahsen Gülkaya (Makiyaj Rəssamı), Melis Atınç Gamsızoğlu (Kostyum Dizayneri) |
Səs Komandası | Erkan Altınok (Səs Dizayneri), Mustafa Durma (Səs Quraşdırıcı), Ömer Özgür (Musiqiçi) |
İstehsal Qrupu | Çamaşırhane (İstehsal), Kinostar (Beynəlxalq Distribütor/Satış), Tiglon (Türk Distribütor), Emrah Gamsızoğlu (İnzibati İstehsalçı) |
Film 1 gündə 6 milyon 60 min 983 izləyici ilə rekord qırdı.
Film 1 gündə 60.486.430,00 lirə gəlir əldə etdi.