Redinq Muzeyi

Redinq Muzeyiİngiltərənin Berkşir qraflığının Redinq şəhərində tarixi muzey. Muzey Redinqin tarixini təsvir edən qalereyaları, qazıntılar zamanı aşkar edilmiş artefaktları və digər kolleksiyaları ehtiva edir.[2]

Redinq Muzeyi
Xəritə
Əsası qoyulub 1883
Ölkə
51°27′25″ şm. e. 0°58′11″ q. u.
readingmuseum.org.uk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muzeyin fasadı 1875-ci ildə Alfred Uaterhous tərəfindən layihələndirilsə də, bina 1786–1897-ci illər arasında bir neçə mərhələyə tikilmişdir. 1879-cu ildə kitabxana və muzeyin yerləşdiyi yeni qanadın təməli qoyuldu və muzey 1883-cü ildə açıldı. 1897-ci ildə muzey daha da genişləndi və yeni qalereyalar əlavə edildi.[3]

Muzey 1989-cu ildə təmir üçün bağlandı və 1993-cü ildən 2000-ci ilə qədər mərhələlərlə açıldı.

Oxu qalereyası

[redaktə | mənbəni redaktə et]

Qalereyada VI-cı əsr, Saksonların yaşadəğı dövrə aid eksponatlar nümayiş etdirilir. Redinq Abbatlığına xüsusi diqqət yetirilir.[4]

Silçester qalereyası

[redaktə | mənbəni redaktə et]

Qalereyada yaxınlıqdakı Silçester şəhərində aparılan qazıntılardan əldə edilən çoxlu arxeoloji tapıntılar, eləcə də Roma şəhərinin həyatına dair izahlı modellər və digər məlumatlar nümayiş etdirilir. Qalereyaya bürünc Silçester Qartalı daxildir.

1860-cı illərdə qazıntılar zamanı zərgərlik məmulatları, incə şüşə, heykəllər, mozaika, dəmir alətlər və sikkələr daxil olmaqla zəngin tapıntılar əldə edilmişdir.

Baye qalereyası

[redaktə | mənbəni redaktə et]
Baye Qobelen qalereyası
Baye Qobelen qalereyası

Qalereyada 1885-ci ildə Leek Nakış Cəmiyyətindən 35 qadın tərəfindən yaradılmış Baye Qobeleninin surəti nümayiş etdirilir.

70 m. uzunluğunda olan qobelen 1066-cı ildə Normandiya hersoqu Uilyam tərəfindən Normandiyanın İngiltərəni fəth etməsi hadisələrini təsvir edir. Sərginin ətrafındakı məlumat lövhələri orta əsr latın dilindən tərcümələri təklif edir və ziyarətçilərə fəth haqqında tarixi məlumatlar verir.

Qalereya Saksonların buraya köçmə tarixi və vikinqlərin əraziyə basqınları haqqında məlumatlarla tamamlanır.[5]

Yaşıl məkan qalereyası. Kral maralı

Qalereya, geniş nümunələrin nümayişi ilə Redinq ərazisinin geologiyasını və təbii tarixini izah edir. Redinq ərazisinin 400 milyon il əvvəldən bu günə qədər olan tarixini araşdıraraq, insanlar mövcud olmamışdan əvvəl ərazidə nə olduğunu və Daş dövründən bəri Ridinqin landşaftının və ətraf mühitinin necə inkişaf etdiyini və insan fəaliyyətinin necə təsirləndiyi burada izah edilir.[6]

Burada diqqət çəkən eksponatlar Bleuburton təpəsində aşkar edilmiş Dəmir dövrünə aid it skeleti və Vindzor Böyük Parkında olan kral V Corc tərəfindən muzeyə bağışlanmış kral maralıdır.[6]

Huntley və Palmers qalereyası

[redaktə | mənbəni redaktə et]
Huntley və Palmers Qalereyası

Bu qalereya bir vaxtlar Redinq iqtisadiyyatının əsas dayaqlarından biri olan biskvit istehsalı sənayesinin tarixini, Redinqin dünyaca məşhur biskvit istehsalçıları olan Huntley və Palmers şirkətinə xüsusi diqqət yetirir. Sərgi Huntley və Palmersin bisrkvitlərinin kütləvi istehsalına necə öncülük etdiyini göstərir və Ridinqin necə "Biskvit şəhəri" kimi tanındığını izah edir.[7]

Qalereya minlərlə Huntley və Palmersin işçilərinin fabrik həyatının necə olduğunu göstərir və şifahi qeydlər, fotoşəkillər və tarixi filmlər, o cümlədən Britaniya fabriki haqqına ən qədim film vasitəsilə izah olunur.[7]

Vindous qalereyası

[redaktə | mənbəni redaktə et]

Qalereya muzeyin XXII-ci əsrin Roman daşlarından Reding Abbatlığından tutmuş Rodin və Epşteinin müasir əsərlərinə qədər geniş heykəltəraşlıq və dekorativ sənət kolleksiyasını təqdim edir.[8]

Sərgi qalereyası

[redaktə | mənbəni redaktə et]

Bu məkan həm muzeyin kolleksiyasından, həm də xaricdən gələn müvəqqəti sərgilərin yerləşdirilməsi üçün nəzərdə tutulub.

Muzeyi ziyarət etmək pulsuzdur. 2020-ci ilin fevral ayından etibarən muzey çərşənbə axşamı — cümə günləri saat 10:00–16:00-a qədər, şənbə günləri 10:00–17-ə qədər açıqdır və bayram günləri istisna olmaqla, bazar ertəsi və bazar günləri bağlıdır.[9]

  1. 1 2 https://vocaleyes.co.uk/research/heritage-access-2022/benchmark/.
  2. "Reading Museum". 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-27.
  3. "Reading Town Hall (townhall-36.pdf)". Reading Museum Service. 2015-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-02.
  4. "Story of Reading Gallery". Reading Museum (ingilis). 2017-12-12. 2020-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-20.
  5. Britain's Bayeux Tapestry at the Reading Museum Arxivləşdirilib 2013-05-21 at the Wayback Machine, Reading Museum Service, Reading Borough Council, UK.
  6. 1 2 "The Green Space Gallery - Museum of Reading website". 2024-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-27.
  7. 1 2 "The Huntley and Palmers Gallery - Museum of Reading website". 2024-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-27.
  8. "The Window Gallery - Museum of Reading website". 2023-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-27.
  9. "Opening times". Reading Museum (ingilis). 2017-03-31. 2020-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]