Reduplikasiya

DNT molekulu özünün kopiyasını əmələ gətirmə bacarığına sahibdir. Bu onun molekul quruluşunun özünəməxsusluğu ilə əlaqədərdir. DNT molekulu ik komplementar zəncirdən ibarət olduğuna görə, ilkin DNT molekulu zəncirləri bir-birindən ayrılarsa, o zaman onlardan hər biri sərbəst nukleotidlərdən komplementar zəncirin inşasına "rəhbərlik" edəcəkdir. İlkin molekullu eyni iki yeni DNT molekulu alınır DNT-nin ana zəncirindən birinə əsasən komplementar qız zəncirinin sintezi Reduplikasiya (Replikasiya) adlanır. Hər bir zəncir matris nümunə rolunu yerinə yetirir, bunun üçün replikasiyanı matris sintezi replikasiyasına aid edirlər. DNT-nin qız zəncirinin sintezinə fermentlər - DNT-polimeraz iştirak edir.

DNT Reduplikasiyası

DNT-nin replikasiyasını sadə şəkildə aşağıdakı kimi təsvir etmək olar.

  1. Spesfik fermentlər vasitəsi ilə DNT zəncirləri arasında hidrogen rabitələri qırılır. DNT-polimeraz fermenti hər bir ana zəncirdə sərbəst nukleotidlərin komplementarlıq prinsipinə əsasən qız zəncirləri sintez edir
  2. Ana və qız polinukleotid zəncirləri bir-birnə spiral şəklində sarılırlar. iki eyni DNT molekulu yaranır.

DNT replikasiyasının (Reduplikasiya) üsulunu yarımkonservativ adlandırmaq olar, çünki hər yeni molekulda bir zəncir ana zəncir, digəri isə qız zəncirdir.

DNT Bərpa mexanizmi[redaktə | mənbəni redaktə et]

DNT Reperasiyası

Canlı orqanizmlərdə DNT replikasiyası prosesi zamanı səhvlərin qarşısını almaq üçün müxtəlif qoruyucu mexanizmlər mövcuddur. DNT-nin zədələnməsinə radiasiya, ultrabənövşəyi şüalanma və kimyəvi maddələrin təsiri səbəb ola bilər. Məsələn, Ultrabənövşəyi şüalanma ilə DNT zədələndiyi zaman, bir zəncirin qonşu azotlu əsasları bir-biri ilə birləşir və dimer yaranır. Canlı sistemdə beə bir zədənin bərpa olunması Reperasiya bacarığı xarakterize edir.

Reperasiyada spesfik ferment olan - Restriktazalar iştirak edir. Fermentlər hər hansı bir səbəbdən zədələnmiş DNT-ni dəqiqliklə kəsirlər. Kəsilən bu hissə digər fermentlərin yardımı ilə səhvsiz sintez olunur - bərpa (reperasiya) olur.

Mənbə[redaktə | mənbəni redaktə et]

Gürcüstan Gürcüstan Respublikası 11-ci sinif biologiya dərsliyi, səhifə 24-25 ("Sakartvelos Matsne" nəşriyyat, kod:835)