Regimantas Vaytkusoviç Adomaytis (lit. Regimantas Adomaitis; 31 yanvar 1937[1], Şyaulyay[2] – 20 iyun 2022, Vilnüs) — Sovet və Litva aktyoru, SSRİ xalq artisti (1985).
Regimantas Adomaytis | |
---|---|
lit. Regimantas Adomaitis | |
Doğum tarixi | 31 yanvar 1937[1] |
Doğum yeri | |
Vəfat tarixi | 20 iyun 2022 (85 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | aktyor, teatr aktyoru, kino aktyoru |
Fəaliyyət illəri | 1963-cü ildən |
Təhsili |
|
Mükafatları | SSRİ xalq artisti (1985) |
IMDb | ID0012361 |
Regimantas Adomaytis 31 yanvar 1937-ci ildə (başqa mənbəyə görə 31 martda[3]) Şyaulyay şəhərində anadan olmuşdur. 1954-cü ildə Vilnüs Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1959-cu ildə buradakı təhsilini bitirmişdir. Artıq 1958-ci ildən o, Vilnüs Konservatoriyasının aktyorluq fakültəsində oxuyurdu. 1962-ci ildə aktyorluq üzrə diplom almışdır.
1962–1963-cü illərdə Kapsukas şəhərinin dram teatrında işləmişdir. 1963-cü ildə Kaunas Dövlət Akademik Dram Teatrının heyətinə daxil olmuş və 1967-ci ilə qədər burada işləmişdir. 1967-ci ildən bu günə qədər Litva Akademik Milli Dram Teatrının aktyorudur.
Vilnüs Filarmoniyasının müğənnisi Eugeniya Bayoritenin həyat yoldaşı olmuşdur.
Ömrünün son illərində ağır xəstə olmuşdur. 20 iyun 2022-ci ildə vəfat etmişdir. Litva Prezidenti Gitanas Nauseda məşhur aktyorun vəfatı ilə əlaqədar başsağlığı vermişdir[4].