Registr

Registr (ing. Register) — mikroprosessorun, yaxud hər hansı elektron qurğunun yüksək sürətli yaddaşının verilənləri ikilik formada yaza bilən böyük olmayan, adlandırılmış sahəsi. Registr, adətən, yalnız bir neçə bayt informasiya saxlaya bilir və proqramda AX, SP kimi adlarla göstərilir; o, xüsusi, bəzən sistemin fəaliyyəti üçün həlledici verilənləri saxlamaq üçün istifadə olunur. Adi xanadan fərqi odur ki, registr ikilik kodu saxlamaqla bərabər onu çevirməyə də imkan verir.

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
  • Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.