Reichardia decapetala

Biancaea decapetala (lat. Biancaea decapetala) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin biancaea cinsinə aid bitki növü.

Biancaea decapetala
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Təbii halda Yaponiyada, mədəni halda Cənubi Avropada, Qafqazın Qara dəniz sahillərində əkilib, becərilir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Yarpağı tökülən, qollu-budaqlı, çox tez böyüyən koldur. Budaqları uzun, nazik olub, aşağıya doğru əyilir, üzərində möhkəm tikanları yerləşir. Yarpaqları mürəkkəb lələkvaridir. Əsas yarpaq oxu tikanlı, 3-8 cüt budaqlıdır. Hər yarpaq saplağının üzərində 10-20 ədəd yarpaqcıqlar düzülmüşdür. Yarpaqcıqlar 1,5-2 sm uzunluğunda, uzunsov, ucu küt, qaidədən dəyirmi, üstdən çılpaq, aşağıdan isə tüklüdür. Yarpaqaltlığı xırda, töküləndir. Çiçəkləri açıq sarı, uzunluğu 30 sm-ə qədər olan salxımvari çiçək qrupuna toplanmışdır. Ləçəkləri tərsyumurtavari, dırnaqcıqlı, 2-3 sm uzunluğunda, təxminən eyni böyüklükdədir. Paxlaları enli, 7-5 sm uzunluğunda olub, kənarları tikanvari, itidir. Paxlada 6-9 ədəd toxum olub, uzunsov, hamardır. Uzun müddət açılmayaraq budaqların üzərində qalır. İyun ayında çiçəkləyir, meyvəsi sentyabr-oktyabr aylarında yetişir. Toxumla asanlıqla çoxalır.

Quraqlığa, istiyədavamlı, işıqsevən bitkidir. Rütubətli şəraitdə asanlıqla kök pöhrələri əmələ gətirir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Dendrologiya İnstitutunun təcrübə sahəsinə 1996-cı ildən introduksiya olunmuşdur. Abşeron şəraitində bol çiçəkləyir və meyvə verir.

Canlı çəpərlər yaratmaq məqsədi ilə əkilir. Bu gözəl koldan yaşıllaşdırmada az istifadə olunur.