Reim musiqi festivalı qətliamı

Reim musiqi festivalı qətliamı (ivr.הטבח במסיבת הטבע ליד רעים‏‎) - İsrailin Cənub dairəsinə daxil olan Reim adlı kibbutz kollektiv icmasında 2023-cü ilin 7 oktyabr tarixində yerli vaxtla səhər saatlarında Həmas tərəfindən gerçəkləşdirilmiş terror aktı. Festival iştirakçılarının gülləbaran edilməsi fonunda baş vermiş qətliam nəticəsində ən azı 260 nəfər həlak olmuşdur.[3] Festival meydançasından qaçmağa çalışan onlarla şəxs Həmas yaraqlıları tərəfindən təqib edilmiş, bəziləri yolda öldürülmüşdür.[4]

Reim musiqi festivalı qətliamı
Qəzzə–İsrail münaqişəsi (oktyabr, 2023)
Qətliamın ərazisinə daxil olan İsrail əsgərlərinin videosu
Hücum yeri Re'im, Cənub dairəsi, İsrail
Hücum hədəfi Musiqi festivalının iştirakçıları
Vaxt 7 oktyabr, 2023
Hücum üsulu Gülləbaran
Həlak olanlar 260[1][2]
Təşkilatçılar Həmas
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qətliam 7 oktyabrda başlamış Qəzzə–İsrail münaqişəsindən az sonra baş vermişdir. Ərazini tərk edə bilməyən onlarla festival iştirakçıları əsir götürülərək Həmas yaraqlıları tərəfindən Qəzzə zolağına qaçırılmışdır.

  1. Tal, Amir. "At least 260 bodies found at music festival site in Israel after Hamas attack, rescue organization says". Israel at war with Hamas after unprecedented attacks (English). Jerusalem: CNN. 8 October 2023. 8 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 October 2023. At least 260 bodies have been found at the site of an Israeli music festival following Saturday's attack by Hamas, according to Israeli rescue service Zaka.
  2. Boxerman, Aaron; Frenkel, Sheera. "Dozens were killed at a music festival and others abducted". Israel-Gaza Conflict. New York Times. 8 October 2023. 8 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 October 2023.
  3. Gillett, Francesca. "How an Israel music festival turned into a nightmare after Hamas attack". BBC News. 8 October 2023. 8 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 October 2023.
  4. Estrin, Daniel; Chappell, Bill; Kaplow, Larry; Kim, Juliana. "All-out war: Israel pounds Gaza after militants infiltrate in a large-scale attack". NPR. 7 October 2023. 7 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 October 2023.