Rejisor

Film rejissoru çəkiliş zamanı (sağ tərəfdə)

Rejissor (fransızca régisseur, idarəetmə deməkdir) — tamaşa, film, estrada konsert proqramlarının, sirk səhnələrinin qoyuluşuna rəhbərlik edən şəxsdir.

İlk rejissor kimi Sesil Balunt de Mill sayılır. O, ilk dəfə olaraq tamaşalara öncədən baxış keçirmiş, film ulduzlarını reklam etmiş, ən başlıcası isə o ilk dəfə olaraq çəkiliş meydançasında meqafonla görünmüşdür.

Rejissorun əsas vəzifələri bunlardan ibarətdir:

  • Əsərin müəlliflə birlikdə dramaturji cəhətdən hazırlığı
  • Aktyorların seçilməsi
  • Texniki avadanlığın seçilməsi, xərclərin hesablanması və istehsalın planının tutulması
  • Səhnələr ardıcıllığı üçün çəkilişin hazırlığı
  • Səhnələr üçün yerlərin seçilməsi
  • Kütləvi səhnələrin və xüsusi effektlərin təyini
  • Əsas aktyorlarla danışıqların aparılması
  • Əsər üçün musiqi konseptinin işlənməsi
  • Çəkilişin aparılması (işin həcminin təyini)
  • Arxiv materiallarının seçilməsi
  • Çəkilmiş filmin incə emalı
  • Son variantın hazırlanması
  • Filmin reklam edilməsində istehsalçılarla birlikdə çıxış etmək

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]