Rekiva (lit. Rėkyvà)[1] — Litvanın mərkəzi hissəsində göl. Buzlaq mənşəli olan göl ölkənin Şyaulyay qəzasıda yerləşir[2]. Göl akvatoriyasının cənub hissəsi Şyaulyay şəhərinə, cənub, qərb və şimal-qərb hissələri isə Şyaulyay rayonunun ərazisinə aiddir. Gölün şərq sahilində Baçyunay[lt] və Rekiva[lt] yaşayış məntəqələri var.
Rekiva gölü | |
---|---|
lit. Rėkyvà | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 129—130 m |
Eni | 4,1 km |
Uzunluğu | 4,7 km |
Sahil uzunluğu | 14,1 km |
Sahəsi | 11,792 km² |
Dərin yeri | 4,8 m |
Orta dərinliyi | 2 m |
Yerləşməsi | |
55°51′55″ şm. e. 23°18′10″ ş. u. | |
Ölkə | Litva |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Litva dillər inistutunun toponimlər lüğətində gölün əsas adı — lit. Rėkyvà (Rekiva) kimi göstərilib. Digər geniş yayılmış variantlar: lit. Rėkỹvos ẽžeras (Rekivos) və lit. Rėkijãvas (Rekiyavas). Həmçinin az işlədilən adlar: Rakuevo, Rekiev, Karpievskoe[3].
Rekiva gölü Litvanın ən böyük göllərindən biridir. Ümumi sahəsi — 1179,2 hektardır[2]. Dəniz səviyyəsindən 130 metr yüksəklikdə yerləşən göl ərazisi bataqlıq, meşəlik ərazilərdən ibarətdir. Dairəvi formaya malik olan gölün uzunluğu 4,7 km və ən enli yeri isə 4,1 km-dir. Sahil ərazisi dik olmayıb bataqlıqlaşmışdır. Gölün şərq sahilləri daha əlverişlidir və bataqlıqlar azlıq təşkil edir. Sahil xətti düz olub uzunluğu 14 km-dir. Rekiva gölünün maksimal dərinliyi 4,8 metr, orta dərinlik isə — 2 metrdir. Göl dibi çöküntü qatının qalınlığı 3—4 metr arasında dəyişir[4]. Sutoplayıcı hövzənin sahəsi — 19,4 km²-dir. Qədimdə göl axarsız olsa da, XX əsrin sonlarında kanal vasitəsilə Lielupe, Venta və Neman çaylarının hövzələri ilə birləşdirilmişdir.
Rekiva gölü və ətraf ərazidəki Rekivos bataqlıqları Avropa İtifaqının Natura 2000 qorunan təbiət ərazilərlərinin siyahısına daxil edilib. Gölün cənub-qərbində və qərbində Rekivos botanika-zoologiya yasaqlığı (Rėkyvos botaninis zoologinis draustinis) fəaliyyət göstərir.