Rekom

Rekom ziyarətgahı. Ziyarətgah taxta materealdan tikildiyi üçün tarix boyunca dəfələrlə restavrasiya edilmişdir. Sonuncu dəfə 1995-ci ilin martında ildırım düşərək buranı yandırmışdı.[1]

Rekom (oset. Реком) - əsas 3 osetin ziyarətgahından (MikalqabirtaTarancelos) biri, Nart dastanı və osetin mifologiyasındakı məhsuldarlıq tanrısı. Rusiyanın subyekti olan Şimali Osetiya respublikasının Alagir rayonunda yerləşir.

Məbədin dəqiq etimologiyası bilinməsə də, bir sıra iddialar mövcuddur. Osetin dilindəki "Hurikom" (Günəş dərəsi) və ya "İrykom" (Osetiya dərəsi) sözlərindən gəlməsi bunlara misal göstərilə bilər. Rekomun etimologiyasının dəqiq öyrənilə bilməməsinin əsas səbəblərindən biri Osetinlərin dini-fəlsəfi dünyagörüşlərinin tam anlaşıla bilməməsidir.

Rekomun ətrafındakı daş divar

Rekomdan bol məhsul , uğurlu otlar və ovçuluq göndərilməsi istənilir . Əfsanəyə görə o, çoxfunksiyalı tanrıdır, əkinçiliklə əlaqəli istəklərdən əlavə olaraq, xəstəliklərdən sağalmaq və pis qüvvələrdən qorunmaq üçün olan duaları da qəbul edir. Alagir dərəsində Rekoma olan dini etiqad geniş yayılmış və iyul ayında onun adına həsr olunmuş bayram qeyd olunmağa başlanmışdır. Bütün həftə davam edən bu bayram günlərində çox sayda mal-qara qurban edilir. Qurban mərasimində yalnız kişilər iştirak edə bilərdi , çünki Rekom ziyarətgahı kişilərin qoruyucu müqəddəsi olan Uastirci kultunun mərkəzi idi.

Nart dastanına görə, Nart Batradların ölümü üzərinə tanrının tökdüyü üç göz yaşının yerində oset dilində Rekoma Zuar və ya Rekoma Uastirci adlanan Rekoma ziyarətgahı quruldu.
"Sanki bir mədəniyyətdən digərinə keçid işarəsi kimi, Osetiyanın ilk “kilsələri” yalnız kədərlənmiş bir tanrının vəsiyyəti ilə zed və duaq tərəfindən məhv edilmiş Nart Batradzın ölümündən sonra ortaya çıxır. Bu böyük türbələr - Rekom, Mikalqabirta və Tarancelos, Allahın Batradzın üstünə tökdüyü üç göz yaşından gəlməsi qəbul edilmişdir.[2]"

Rekom ziyarətgahı

[redaktə | mənbəni redaktə et]

Rekom ziyarətgahı Verxnıy Tsey kəndinin yaxınlığındakı Tsey dərəsində yerləşir. Turistlərin axın etdiyi bu məkan qeyri-rəsmi olaraq, qadınlara qadağan olsa da, Osetiyanın əsas qədim ziyarətgahı hesab olunur.[3] Fotoqraf Ştırkovun qeydlərinə görə 21 iyun 2014-cü ildə qeyd olunan bayrama böyük maraq göstərilmişdir.

  1. "Rekom məbədi haqqında fikirlər". 2020-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-03.
  2. Дюмезиль Ж. Осетинский эпос и мифология / Пер. с фр. А. З. Алмазовой. М.: Главная редакция восточной литературы, 1976. С. 66. Дюмезиль ссылается на публикацию: В. Ф. Миллер, Осетинские этюды, ч. I, стр. 24—26.
  3. "Высокогорный курорт Цей". 2012-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]