Rekuperasiya

Rekuperasiya — texnoloji proseslərdə sərf edilmiş maddələrin yenidən bərpa edilməsi və ilkin halda istehsalata qaytarılması prosesi.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Rekuperasiya tulantıların sənayedə yenidən istifadə edilməsi kimi də başa düşülür. Belə ki, həlledicilərin rekuperasiyası adsorbentlərin köməyi ilə, xüsusi aparatlarda – adsorberlərdə həyata keçirilir. Adətən, bu məqsədlə aktivləşdirilmiş kömürdən istifadə edilir. Tərkibində həlledici buxarları olan hava, adsorbent layı içərisindən keçirilir. Adsorbent doydurulduqdan sonra ondan həlledicini ayırırlar.[1]

  1. N. Ə. Səlimova, B. Ş. Şahpələngova, Ə. İ. Babayev. Mühəndis geologiyası. Bakı :2012