Renaissance (Beyonse albomu)

"Renaissance" (həmçinin "Act I: Renaissance" adlandırılır) — ABŞ müğənnisi Beyoncé tərəfindən 29 iyul 2022-ci ildə ParkwoodColumbianın iştirakı ilə çıxarılmış yeddinci studiya albomudur. Bu, müğənninin "Lemonade"dan sonra (2016) ilk solo studiya relizi və elan edilmiş trilogiyanın birinci hissəsidir. Albomun yazılması və prodüsserliyində Beyonse ilə yanaşı Nova Wav, The-Dream, Symbolyc One, A. G. Cook, Honey Dijon, Beam, Triki Stüart, BloodPop, Skrilleks, Hit-Boy, No I.D., P2J və başqa musiqiçilər də iştirak etmişlər. Beam, Qreys ConsTems albomun yazılmasında qonaq vokalçı kimi iştirak etmişdir.

Renaissance
Yayımlanma tarixi 29 iyul 2022
Yazılma tarixi 20202021
Janr Pop, Rəqs, R&B,
Müddət 62:14
Dil ingilis dili
Leybl ParkwoodColumbia
Prodüser BAH, Beam, Beyonse, Boi-1da, Al Cres, Honey Dijon, Kelman Duran, Hit-Boy, Kali, Neenyo, No I.D., Nova Wav, P2J, Kris Penni, Lyuk Solomon, Syd, Skrillex, Triki Stüart, Sevn Tomas, The-Dream
Beyonce albomlarının xronologiyası
"The Lion King: The Gift"
(2019)
"Renaissance"
(2022)

Beyonse albomu COVID-19 pandemiyası zamanı hisslərinin ifadəsi kimi nəzərdə tutulmuşdur.

Albomun əsas sinqlı olan "Break My Soul" mahnısı 20 iyun 2022-ci ildə çıxarılmış, səkkiz ölkənin hit-paradında ilk onluğa daxil olmuş, Billboard Hot 100-də isə zirvəyə yüksəlmişdir. "Renaissance" özündə disko, haus, hip hopbauns elementlərini birləşdirən ritmik rəqs, popR&B albomudur. Kompozisiyaların vəhdəti və enerjili təqdimatına görə albom, musiqi tənqidçiləri tərəfindən yüksək qiymətləndirilmişdir.