Renat Xarisov

Renat Xarisov (tatar. Ренат Мәгъсүм улы Харисов; 6 may 1941, Tsilninsk rayonu[d], Ulyanovsk vilayəti) — şair, Rusiya Federasiyası Dövlət Mükafatı laureatı (2005), Qabdulla Tukay adına Tatarıstan Respublikası Dövlət Mükafatı laureatı (1997), 40-a yaxın şeir toplusunun və poemanın, musiqi və səhnə əsərlərinin müəllifi (Leonid Lyubovskinin "Yusuf əfsanəsi" baletinin librettosu daxil olmaqla).

Renat Xarisov
Doğum tarixi 6 may 1941(1941-05-06) (83 yaş)
Doğum yeri
Fəaliyyəti yazıçı, şair
Partiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rusiya Yazıçılar Birliyinin katibi, "Naş Sovrimennik", "Tatarıstan", "İstoriçeskaya Gazeta" (Moskva) jurnallarının redaksiya heyətinin üzvüdür.

Renat Xarisov 6 may 1941-ci ildə Ulyanovsk vilayətinin Tsilninsk rayonunun Elxovoe Ozero kəndində kənd müəllimləri ailəsində anadan olmuşdur. O alı təhsilini Kazan Dövlət Pedaqoji Universitetində alır. 1963–1964-cü illərdə Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Arsk Pedaqoji Məktəbinin müəllimi işləyir. 1965–1971-cü illərdə Tatarıstan qəzetləri redaksiya heyətinin ədəbi əməkdaşı olur. 1971–1973-cü illrədə Tatarıstan MSSR Yazıçılar Birliyinin məsul katibi işləyir. 1973–1982-ci illərdə Tatarıstan MSSR Mədəniyyət nazirinin müavini olur. 1982–1989-cu illərdə "Kazan utları" ədəbi jurnalının baş redaktoru kimi fəaliyyət göstərir. 1990–1995-ci illərdə "Tatarstan Heberlere" qəzetinin redaktoru, Tatarıstan Respublikası Ali Sovetinin Etibarnamələr Komitəsinin sədri olur. 1995–1999-ci illərdə isə Tatarıstan Respublikası Dövlət Şurası sədrinin müavini işləyir. 1999-cu ildən Tatarıstan Respublikası Dövlət Şurasının Sosial Məsələlər, Uşaq və Gənclər İşləri Daimi Komissiyasının üzvü, Tatarıstan Respublikası Qanunlarının Şəxsiyyətini Təsis etmək üçün tatar və rus dillərində Komissiyanın sədri işləyir.

Tatarıstan Respublikası Parlamentinin üç çağırışının sədri olmuşdur. Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.

Renat Xarisov qrafika rəssamı kimi də tanınır. Əsərləri ilk dəfə 1997-ci ilin aprelində M. Qorki adına muzeydə təqdim edilmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Renat Xarisovun dövri mətbuatda ilk çıxışları 1965-ci ilə aiddir və onun "Tatarıstan yaşlıre"[1] qəzetinin ədəbi işçisi kimi işləməsi ilə əlaqələndirilir. Sibqat Həkim Renat Xarisovun poeziyasından "düşüncənin və duyğunun üzvi bir qaynaşması" kimi danışır. Tatar tənqidçi hətta Renat Xarisovu şair-filosof, şair-mütəfəkkir adlandırır[2].