Republic P-47 Thunderbolt

P-47 Thunderbolt, ABŞ istehsalı olan İkinci Dünya Müharibəsi dövrünün qırıcı-bombardmançı təyyarəsidir.

Republic P-47 Thunderbolt
Tipi Döyüşçü-bombardmançı təyyarə
İstehsalçı Buffalo
İlk uçuş 6 may 1941
İstismara verilmə tarixi 1942
İstimarının bitmə tarixi 1966
İstismarçılar
Buraxılış sayı 15.686
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bolşeviklərdən qaçan iki gürcü, Alexander de Seversky və Alexander Kartveli tərəfindən hazırlanmışdır. P-47 böyük və kobud bir təyyarədir. Ən əhəmiyyətli xüsusiyyəti möhkəmliyi və yaxşı sürətidir. Su ilə vurulan mühərrikləri var. MüttəfiqlərSovetlər tərəfindən müharibə zamanı istifadə edilmişdir. İlk uçuşunu 6 may 1941 -ci ildə etmiş və cəmi 15677 ədəd istehsal edilmişdir. İkinci Dünya Müharibəsindən sonra ABŞ-nin hərbi yardımı çərçivəsində Türkiyəyə ümumilikdə 180 ədəd P-47D gətirilmişdir. Bütün təyyarələr 1948 -ci ildə gətirilmişdir və 9, 5 və 8 -ci Hava Alaylarında yerləşdirilmişdirlər. 1951-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinin yenidən təşkil edilməsi nəticəsində, “Hava Bazaları” (Hava Üssü — HÜ) sisteminə keçildikdən sonra, P-47-lər 5-ci Hava Bazasının 151/152 eskadronlarında, 8-ci Hava Bazasının 181/182 eskadronlarında və 9-cu Hava Bazasının 191/192 eskadronlarında xidmət etmişdirlər. Reaktiv təyyarələr dövrünə keçid təyyarələri sayıla bilən bu təyyarələrin ömrü çox qısa olmuşdur. 1952-ci ildən başlayaraq F-84G hərbi təyyarələri ilə əvəz olunmağa başlanmışdırlar. Son P-47D 1954-cü ildə xidmətdən çıxarılmışdır.