Reqressiv yatım (rus. залегание регрессивное, ing. regressive bedding) — dənizin geriyə çəkilməsi şəraitində toplanan süxur laylarının yatımı. R. y. üçün fasiyaların ərazi üzrə və şaquli kəsilişdə nisbətən dərin dəniz çöküntülərindən dayaz dəniz çöküntülərinə doğru qanunauyğun dəyişilməsi səciyyəvidir.[1]