Reyhanə Cabbari

Reyhanə Cabbari (5 noyabr 1987[1], Tehran25 oktyabr 2014[2], Qohardaşt həbsxanası[d]) — törətdiyi ölüm hadisəsinə görə dar ağacından asılmış İran qadını. Reyhanə məhkəmədə bildirirdi ki, öldürülən ona hücum edib və o özünü qoruyurdu. Vəkillərin səyinə, beynəlxalq ictimaiyyətin ciddi etirazına və hətta prokurorluğun dəstəyinə baxmayaraq R. Cabbari hökümdən 7 il sonra asıldı.[3][4].

Reyhanə Cabbari
ریحانه جباری ملایری
Doğum tarixi 5 noyabr 1987(1987-11-05)[1]
Doğum yeri
Vəfat tarixi 25 oktyabr 2014(2014-10-25)[2] (26 yaşında)
Vəfat yeri
Vəfat səbəbi asılma[d]
Dəfn yeri
Fəaliyyəti yazıçı

Reyhanə Cabbarinin son məktubu

[redaktə | mənbəni redaktə et]

Edam edilən Reyhanə Cabbari ölməmişdən qabaq anasına yazdığı məktub yayımlandı. R. Cabbarinin anasına son məktubunda deyilir:

"Sevgili Şölə! Bu gün öyrəndim ki, qisasla tanış olmaq növbəsi mənim imiş. Həyat kitabımın son səhifəsinə gəldiyimi səndən öyrənmədiyim üçün küsgünəm. Bilməyimi lazım görmədin? Nə qədər üzgün olduğumu bilirsən. Niyə sənin və atamın əlini öpmək imkanı vermədin mənə? Dünya mənə yaşamaq üçün 19 il verdi. O uğursuz gecədə ölməli idim.

Bədənim şəhərin bir köşəsinə atılmalı və bir neçə gün polis kimliyimi müəyyən etmək üçün səni ofisə gətirməliydi. Elə orada təcavüzə məruz qaldığımı da həkimdən öyrənməli idin. Biz onların gücünə və sərvətinə sahib olmadığımız üçün qatilim əsla tapılmayacaqdı. Həyatına utanc və əzabla davam edəcəkdin və bir neçə il sonra bu utanc səni öldürəcəkdi. Her necəsə bu lənətlənmiş hekayə dəyişdi. Bədənim bir köşəyə atılmadı, amma Evin həbsxanası və onun bir nəfərlik hücrəsinə basdırıldı. İndi də qəbirstanlığa oxşayan Ray həbsxanasına.

Qədərim belə imiş, şikayət eləmə. Sən məndən yaxşı bilirsən ki, ölüm həyatın sonu deyil. Sən bizlərə məktəbə gedərkən mübahisə zamanı özümüzü xanım kimi aparmığımı öyrədibsən. Necə davranmalı olduğmuzu dəfələrlə bizə izah etdiyini xatırlayırsan? Sənin təcrübələrin səhv idi. O qəza başıma gələndə öyrəndiklərim mənim köməyimə çatmadı. Məhkəmədə məni soyuqqanlı və zalım cinayətkar kimi təqdim etdilər. Heç ağlamadım. Heç yalvarmadım. Qanunlara inandığım üçün ağlamadım.

Reyhanə Cabbarinin son məktubu[5]

Beynəlxalq ictimaiyyətin qətlə münasibəti

[redaktə | mənbəni redaktə et]

Bir çox insan hüquqları müdafiə təşkilatları onun ölümünə qəti etiraz bildirdilər. ABŞ adından qətli Cen Psaki pislədi[6].

  1. 1 2 Deutsche Nationalbibliothek Record #1281056529 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 http://www.bbc.com/news/world-middle-east-29769468.
  3. "Arxivlənmiş surət". 2014-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-28.
  4. "Arxivlənmiş surət". 2014-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-28.
  5. "Arxivlənmiş surət". 2014-10-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-28.
  6. "Arxivlənmiş surət". 2014-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-28.