Reynaldi Atmanegara

Reynaldi Atmanegara (20 aprel 1995) — İndoneziyalı taekvondoçu. Reynaldi Atmanegara İndoneziyanı 2017-ci ildə XXIII Taekvondo üzrə Dünya Çempionatında təmsil etdi.

Reynaldi Atmanegara
Şəxsi məlumatlar
Tam adı Reynaldi Atmanegara
Vətəndaşlığı İndoneziya İndoneziya
Doğum tarixi (28 yaş)
İdman növü Taekvondo
26 iyun 2017 tarixində yenilənib.

Karyerası[redaktə | mənbəni redaktə et]

Reynaldi Atmanegara birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Taekvondo üzrə Dünya Çempionatında kişilər 54 kq çəkidə, 1/32 final mərhələsində Çinin nümayəndəsi Ouyan Xionqbin üzərində 19:17 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldi. Növbəti mərhələdə Rusiyanın nümayəndəsi Vladimir Qritsenko ilə üz-üzə gəldi və rəqibinə 13:12 hesabı ilə qalib gəldi. 1/8 final mərhələsində Reynaldi İranın nümayəndəsi Armin Hadipur ilə üz-üzə gəldi və rəqibinə 3:24 hesabı ilə uduzdu.[1]

Mənbələr[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Reinaldy Atmanegara" (PDF). 2017 World Taekwondo Championships. 12 July 2017 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 25 June 2017.