Reynaldo Qarqano

Reynaldo Qarqano (isp. Reinaldo Apolo Gargano Ostuni; d. 26 iyul 1934, Paysandu, Uruqvay – ö. 5 fevral 2013, Montevideo, Uruqvay) — Uruqvay Şərq Respublikasının xarici işlər naziri (2005-2008).

Reynaldo Qarqano
isp. Reinaldo Apolo Gargano Ostuni
Reynaldo Qarqano, 6 oktyabr 2006-cı il.
Reynaldo Qarqano, 6 oktyabr 2006-cı il.
bayraq
Uruqvay Şərq Respublikasının xarici işlər naziri
1 mart 2005 – 3 mart 2008
ƏvvəlkiDidier Opertti
SonrakıQonzalo Fernandez
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Uruqvay, Paysandu
Vəfat tarixi (78 yaşında)
Vəfat yeri Uruqvay, Montevideo
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Fəaliyyəti diplomat, siyasətçi
Həyat yoldaşı Yudit Qrauet
Uşağı 2
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

26 iyul 1934-cü ildə Paysandu şəhərində anadan olmuşdur.[1]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1956-cı ildə Uruqvay Sosialist Partiyasına daxil olmuşdur.[1]

1964-1974-cü illərdə həmin partiyanın həftəlik dərgisi olan "El Sol"un baş redaktoru, 1970-1973-cü illərdə isə "El Oriental" qəzetinin baş redaktoru olmuşdur.

1974-1984-cü illərdə Latın Amerikası ölkələrində və İspaniyada mühacirətdə olmuş, bu müddətdə İspaniya Sosialist Fəhlə Partiyası ilə yaxından əməkdaşlıq etmişdir.

1984-cü ildən Uruqvay Senatının üzvü, 2001-ci ildən Uruqvay Sosialist Partiyasının sədri idi.

2005-ci il martın 1-də Uruqvay Şərq Respublikasının xarici işlər naziri vəzifəsinə təyin olunmuşdur.[1] 3 mart 2008-ci ilədək bu vəzifədə olmuşdur.

Səhhətində yaranmış problemlər nəticəsində 5 fevral 2013-cü ildə Montevideo vəfat etmişdir. Parque del Recuerdo qəbiristanlığında dəfn edilmişdir.[2]

  1. 1 2 3 Uruqvay Şərq Respublikasının Xarici İşlər Naziri Reynaldo Qarqano[ölü keçid]. mfa.gov.az  (az.)
  2. "Murió Reinaldo Gargano". Elobservador.com.uy. 2013-02-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 08.02.2013.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]