Reyneke adası

Reyneke adası (rus. Рейнеке) — Yapon dənizində ada. Böyük Pyotr körfəzi ərazisində, İmeratrisa Yevqeniya arxipelaqına daxil olan ada Vladivostokdan 25 km cənubda yerləşir. İnzibati baxımdan Rusiya Ferederasiyası Primorsk diyarı Pervomay rayonu ərazisinə daxildir. 2005-ci il məlumatına görə adada 25 nəfər yaşayır. Əhali Reyneke qəsəbəsində cəmləşmişdir.

Reyneke adası
rus. Рейнеке
Ümumi məlumatlar
Sahəsi 4,63 km²
Uzunluğu
  • 2,5 km
Eni 3 km
Hündür nöqtəsi 148 m
Əhalisi 20 nəfər (2010-cu il)
Yerləşməsi
42°54′ şm. e. 131°43′ ş. u.
Ölkə  Rusiya
Vilayət
Akvatoriya
Reyneke adası xəritədə
Reyneke adası
Reyneke adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ada ilə şəhər arasında əlaqə həftədə iki dəfə bərə vastəsi ilə təmin edilir[1]

1862—1863-cü illərdə adaları podpolkovnik Vasili Matveyeviç Babkin adanı tətqiq etmişdir. Elə o zamanda adanı Dəniz Nazirliyinin vitse-admiralı Mixail Franseviş Reynekenin şərəfinə adlandırır. Ada ətraflı şəkildə 1885-ci ildə A. A. Malseviç tərəfindən tətqiq edilmişdir.

2009-cu ildə adada güçlü meşə yanğını baç verir. Qiymətsiz meşə külə dönür. Ancaq meşənin bir hissəsi yerli sakilər qorunaraq yanğın söndürülür. Qəsəbə bu yanğından zərər çəkməmişdir[2].

Adfanın sahəsi 463 ha və ya 4,6 km² təşkil edir. Qərbdən şərqə doğru uzunluğu 3,5 km, şimaldan cənuba isə eni 3 km-dir. Adanın ən ensiz yeri 0,5 km-dir.

Relyefi orta dağlıqdır. Burada hündürlük 100—140 metr arasında dəyişir. Sahilləri əsasən sıldırımlıdır. Bəzi hissələrdə sahildə qumlu dillər mövcuddur. Dİllər sahildə laqunlar əmələ gətirir. Sahil xətti parçalıdır. Umumi uzunluğu 11,8 km-dir. Sahilində çoxlu sayda buxta, çimərlik olması olması səbəbindən ətrafı fauna və flora baxımından zəngindir. Adanın üzəri sıx otla örtülüdür. Amur körfəzi sahilləri enlyarpaqlı meşələrlə örtülüdür. Şərq hissədə meşələr sadəcə talalar şəklində müşahidə edilir.

Adadan qərbdə Kozlov adası, şərqdə isə Vikent adası yerləşir. Kozlov adası meşə ilə örtüldüyü halda, Vinet adası kolla örtülüdür[3].

Reyneke kimi Vladivostoka daxil olan digər adalar kimi şəhər əhalisinin əsas istirahət məkanlarından biridir. Sahillərində kiçik çimərliklərin olması yayda 500-1000 arası sakini bura cəlb edir. Burada sarı, qırmızı rəngli qayaları görmək mümkündür. Üstəlik ada şirin su mənbələrinə sahibdir. Ada sahilləri qara, qırmızı rəngli çınqılla örlüdür.

Adada ən yaxşı istirahət dövrü iyuldan sentyabrın sonlarına qədərdir. Avqust ayında suyun orta termperaturu 22 °C-dir.

Хозяйство

[redaktə | mənbəni redaktə et]

Reyneke adasında Külək elektrik stansiyası fəaliyyət göstərir. BUradan əldə edilən enerji hesabına 50 həyətin elektuk enerjisinə olan tələb ödənilir[4][5]

  1. "Мортранс". mortrans.vl.ru. 2017-06-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-16.
  2. "Лесной пожар на острове Рейнеке: зеленый остров стал черным (ФОТО)". vl.ru. 2009-04-15. 2022-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-16.
  3. "Остров Выкента" (rus). Wikimapia. 2017-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-16.
  4. "На приморском острове Рейнеке запустили дизельный ветрогенератор". Общественное телевидение России. www.otr-online.ru. 2013-08-27. 2017-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-16.
  5. "На острове Рейнеке запустили ветрогенератор". vladnews.ru. 2013-09-18. 2017-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-16.