Reynpark stadionu

Reynpark stadionu (alm. Rheinpark Stadion‎) — Lixtenşteynin paytaxtı Vaduts şəhərində yerləşən futbol stadionu. Stadion Lixtenşteyn milli futbol komandasının əsas meydançası olmaqla yanaşı, həm də "Vaduts" futbol klubunun ev stadionu sayılır. Tamaşaçı tutumu 6.127 nəfərdir. Açılışı 31 iyul 1998-ci ildə olmuşdur. Açılış oyununda "Vaduts" və "Kayzerslautern" komandaları qarşılaşıblar. Bu görüş 0:8 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Reynpark stadionu
Xəritə
Yeri Vaduts, Lixtenşteyn
Təməli qoyulub 1 iyul 1997
Açılış tarixi 31 iyul 1998
Sahibi Vaduts
Tamaşaçı tutumu 6.127[1]
Ev sahibi komanda Vaduts FK
Lixtenşteyn milli futbol komandası
Meydançanın ölçüləri 105x68
Ot örtüyü Ot
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stadion Lixtenşteynin İsveçrə ilə olan dövlət sərhədinin bir neçə metrliyində yerləşir.[1]

  1. 1 2 "ЛИХТЕНШТЕЙН - РОССИЯ: НЕ СПОТКНУТЬСЯ НА "КАРЛИКАХ"". Sport-express.ru. 2015-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.