Rhaponticum carthamoides

Saflorabənzər rapontikum (lat. Rhaponticum carthamoides) — rapontikum cinsinə aid bitki növü.

Saflorabənzər rapontikum
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Saflorabənzər rapontikum çoxillik ot bitkisidir. Kökümsovlu, üfüqi istiqamətdə yerləşən, kökləri incə, zərif olub, çoxsaylıdır. Gövdəsi sadə, hündürlüyü 0,5-1,8 (2,2)m içiboş, oyuqlu, kiçik  şırımlı, hörümçək toruna bənzəyən naxışlı formasındadır. Yarpaqları zəif görünən hörümçək toruna və dərin lələyəoxşar bölümlü, uzunluğu 12-40 sm, eni isə 5-20 sm, iri ucluqlu, aşağı yarpaqları saplaqlı, zirvədəki yarpaqları isə oturaq, bütöv və iridişciklidir. Gövdənin zirvəsində tək, iri (diametri 3-8 sm) bənövşəyi rəngli səbətciyi vardır.

Subalp, alp çəmənliklərdə, yuxarı meşə qurşaqlarında (pöhrəliklərdə), enliyarpaqlı-sidr meşəliklərində, hündürotluq meşə çəmənliklərdə,  göl və çay sahillərində yayılmışdır.

Kökümsov və kökləri toxumları yetişdikdən sonra avqust-sentyabr aylarında toplanılır. Toplanıldıqdan 15-20 il sonra təkrar bərpa prosesi gedir. Xammal yaxşı ventiliyasiyalı yerlərdə 4-6 gün ərzində və ya 50-60оС temperaturda quruducu şkafda qurudulmalıdır.

Özünəməxsus zəif iyli, azacıq şirintəhər olub, qatranlıdır. 

Havası yaxşı dəyişilən quru yerlərdə saxlanılmalıdır. Saxlanılma müddəti 2 ildir.

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Kökümsov və köklərinin tərkibində qatranlı maddələr, efir yağları, aşı maddələri, alkaloidlər, karotin, askorbin turşusu, fitoektizonlar, triterpenli qlikoziqlər, flavonoidlər və antosian qlikoziqlər vardır.

Ümumtonuslandırıcı dərmanlar. Mərkəzi sinir sistemini oyadır, ürək ritmini azaldır, periferik damarları genişləndirir, qanın axın sürətini artırır, ürək əzələlərini gücləndirir və tənəffüsü tezləşdirir. Eninəzolaqlı əzələlərin iş qabiliyyətini artırır, qan dövranını sürətləndirir və enerjini bərpa edir. Hipoqlikemik təsir edir, qlükozanın toxumalarda mənimsənilməsini yaxşılaşdırır, orqanizmin immunitet qabiliyyətini yüksəldir və damar reaksiyasını normallaşdırır.

Sulu ekstraktı 70% etil spirtində (1:1) hazırlanır. Ümumtonuslandırıcı və adaptogen dərmanlar.

Ekdisten həb 0,005 q. Ümumtonuslandırıcı və anabolik dərmandır.

Lauzeya (sulu ekstrakt). Ümumtonuslandırıcı və adaptogen dərmandır.

Sulu-spirtli eliksir. "Evalar". Ümumtonuslandırıcı dərmandır.

Kökümsov və köklərindən maye ekstrakt hazırlanır ki, bu sinir sistemini stimullaşdırıcı, fiziki və əqli gərginliyi azaldaraq iş qabiliyyətini artırır. Xammalından tonuslandırıcı alkoqolsuz içki hazırlanır.

Meyvələrindən hazırlanan dəmləmə tərqovucu dərman qarışıqlarının tərkibinə daxildir. İlk dəfə bu bitkidən hazırlanan ekdizon (zooekdizon) hormonu həşəratlarda metamorfoz əmələ (1966) gətirmişdir. Zooekdizon steroidin tərkibində 17 fərqli səkkiz karbon atomları bir alifatik zincirdə bir neçə (5-6) hidroxinon qrupları olur. Əsasən stimullaşdırılması və adaptasiyaedici təsir göstərir.

  1. The Plant List (ing.). 2010.