Rhododendron aureum

Qızılı rododendron (lat. Rhododendron aureum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü.

Qızılı rododendron
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Altay, Uzaq Şərq, Saxalin, Şimali Kurildə yayılmışdır.

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Qızılı rododendron tünd-qonurqabıqlı, sürünən, gövdələri əyilmlş və torpağın üzərindən 20-100 sm hündürlüyə qalxan həmişəyaşıl koldur. Budaqları vəzicikli-tükcüklütumurcuq pulcuqları ilə örtülmüşdür. Yarpaqları növbəli,uzunluğu 2-8 sm, kənarları bütöv, üst tərəfdən tünd-yaşıl, parlaq, alt tərəfi daha açıq, yaxşı bilinən torvarı damarcıqlı, ellipsvari və ya yumurtavari, bünövrəsi ensiz, dərili, hamar, kənarları aşağıya burulmuş, saplaqlıdır. Qızılı çiçəkləri budaqların uclarında, uzun çiçək saplaqlarında 3-5 (8) ədəd yığılmışdır. Çiçək tacı bir az əyri, diametri 4-5 sm, açıq-sarı, enli-qıfvarı, 5 qanadlıdır. Erkəkcikləri 10 ədəd, qeyri-bərabər uzunluqdadır. Dişiciyin yuxarı tərəfi keçəl-tükcüklü yumurtalıqlı, uzun sütuncuqlu və 5 qanadlı dişicik ağızlıdır. Meyvəsi 5 laya açılan, 5 yuvalı qutucuqdur. Toxumları xırda, çoxsaylıdır. May-iyun aylarında çiçəkləyir, iyul-avqustda isə meyvə verir.

Kölgəsevən, mezofit bitkidir. Yüksək dağ zolağında, alp və subalp zolağında kolluqlar əmələ gətirir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Mərkəzi Nəbatat Bağında introduksiya olunmuşdur. Gəncədə rast gəlinir.

Yarpaqlarından dərman hazırlanır. Onun həlimi və cövhəri ürək əzələsinin tonusunu qaldırır, ürək döyüntüsünün amplitudasını tənzimləyir, qan təzyiqini çox dəyişmir.