Keysuke rododendronu (lat. Rhododendron keiskei) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü.
Keysuke rododendronu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Keysuke rododendronu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Yaponiyada dağ vadilərində, yamaclarda, qayalıq torpaqlarda rast gəlinir.
Hündürlüyü 1 m-ə qədər, bəzən daha artıq olan həmişəyaşıl koldur. Cavan zoğları xırda yarpaqlarla örtülmüşdür, çox vaxt torpağa yapışır. Yarpaqları uzunsov-lansetvarıdan ellipsvarıyadək dəyişir, bünövrəsində yumru, uzunluğu 3-8 sm, eni 1,2-3,0 sm, üst tərəfi tünd yaşıldır, orta damarcıqda tükcüklü, alt tərəfi qabıqlarla örtülmüşdür. Cavan yarpaqları bürünc rənglidir. Saplaqların uzunluğu 4-5 mm olub, uzun tükcüklərlə örtülmüşdür. Çiçək qruplarında çiçəkləri 2-6 ədəddir, bir az sarımtıldır. Çiçək tacı enli-zəngvari, qısa borucuqlu, diametri 4 sm, üstü qabıqlarla örtülmüşdür. Çiçək saplaqları qabıqlıdır. Kasacığı üstdən qabıqlı-tükcüklüdür. Erkəkcikləri 10 ədəd, bünövrəsində onların saplaqları az miqdarda tükcüklərlə örtülmüşdür. Sütuncuğu çılpaq, erkəkciklərdən uzundur.
Dağ yamaclarında və vadilərində bitir.
Mədəni şəraitdə 1898-ci ildən məlumdur. 1978-ci ildə Mərdəkan dendrarisində və Mərkəzi Nəbatat Bağında introduksiya olunmuşdur.
Yaşıllaşdırmada geniş istifadəsi məqsədyönlüdür. Sənayedə qatran kimi istifadə oluna bilər.