Qırmızıqanad mərciməkquşu (lat. Rhodopechys sanguineus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin torağaylar fəsiləsinin mərciməkquşu cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.
Qırmızıqanad mərciməkquşu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Klad: Yarımdəstə: İnfradəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Qırmızıqanad mərciməkquşu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Adi tarla torağqyını xatırladan səsi vardır. Çoxalma dövründə qayalıqların zirvələrinə və ümumiyyətlə 1500 m-ə qədər qalxırlar. Uzaqdan tünd qəhvəyi, yaxınlaşıldığında çox aşkar görünən çəhrayı, qara kənarlı qanadları, tünd rəngli başı, naxışlı üzü naxışı və bədən xalları görsənir. Erkəklərin quyruq kökləri çəhrayı və quyruq ucları ağdır. Cinslər arasında fərq vardır. Geyimlərində mövsümi dəyişiklik müşahidə edilmir. Cavan fərdlərdə açıq qəhvəyi rəngdədir.
Növ dünya üzrə geniş yayılma arealına malik olub. Türkiyədən Pakistanın şimal-şərqinə qədər olan bölgənin yüksək seqmentlərində; ayrıca Şimali Afrikada Atlas dağlarında yayılmışdır. Azərbaycanda əsasən Naxçıvan Muxtar Respublikasının Culfa və Ordubad rayonlarının dağlıq ərazilərində rast gəlinir, Cənub Bölgəsində Zuvand yaylasında rast gəlinməsi ehtimal olunur.
Yüksək dağlardakı çılpaq və bitkisiz qayalıqlarda və ya çınqıllı yamaclarda, bəzən seyrək ardıçlıq meşələri olan ağaclı-kolluq sahələrdə 1500 m ən hündür ərazilərdə yuvalayır yaşayırlar. Qışlama üçün daha alçaq ərazilərə enə bilir. Əsasən kollarda, bəzən də qayaların catlarında yuva qururlar. Qidasının əsasını alçaqboy bitkilərin (əsasən, Chenopodiaceae, Boraginaceae, Cruciferae və Compositae fəsiləsinə aid) toxumları və çoxalma dövründə bəzi onurğasızlar təşkil edir. Aprel-may aylarında yumurta qoymağa başlayırlar. Yuvasını az bitki olan, təpəsində qaya çıxıntısı, tikanlı bitki və ya koldan örtüyü olan qaya çuxuruna, bəzən də iki qaya arasındakı yarıqda qururlar. Oval və bir az parlaq olan 4-5 yumurta qoyurlar. Yumurta açıq mavi rəngində və xüsusilə geniş ucu bənövşəyiqəhvəyi xallarla örtülüdür. Kürt yatma müddəti 13-15 gün olur, yalnız dişi kürt yatır.
Dünya üzrə böyük saya malikdir. Avropada ehtimal olunan sayı 300.000 cütdən çoxdur. Azərbaycanda, əsasən Naxçıvan Muxtar Respublikasında, sayı 150 - 250 cüt arasında qiymətləndirilir.
Davamsız otarma və ərazilərin biçənəklərə çevrilmə prosesləri səbəb ola bilər.
Yayıldığı bəzi ərazilərin Zəngəzur Milli Parkı, Ordubad və Zuvand yasaqlığı tərkibində olması faydalıdır. Eləcə də Naxçıvan MR-in "Qırmızı kitab"ına salınmışdır. Bern konvensiyalarına daxil edilmişdir.
Yaşayış ərazilərində otarmanın, otların biçilməsinin, kolluqların qırılmasının məhdudlaşdırılması faydalı ola bilər. Ancaq sayının azalmasında davamlı tədqiqat aparılmadığı üçün yetərli məlumat yoxdur.