Fil xortumçiçәyi (lat. Rhynchocorys elephas) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin xortumçiçəyi cinsinə aid bitki növü.
Fil xortumçiçәyi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Cins: Növ: Fil xortumçiçәyi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Hündürlüyü 20-50 (70) sm, gövdəsi düz, adətən budaqlanan, vəzili-tükcüklü və ya çılpaq olan birillik ot bitkisidir. Yarpaqları qarşı-qarşıya düzülmüş, demək olar ki, oturaqdır, qaidə hissəsində dəyirmi və yaxud uzunsov-ürəkşəkillidir, kütdür, kənarları dairəvi-dişlidir. Çiçəkləri təkdir, yarpaqların küncündə, yarpaqlardan qısa olan çiçək saplağı üzərindədir. Tac sarı rənglidir, üst dodağı xətvari, ortasından aşağıda uzunluğu 10 mm olan, düz dar buruncuğa birdən daralmışdır, alt dodaq iri, dəyirmidir, küt üç-bölümlüdür, üst dodağa bərabər və ya ondan azacıq uzundur. Qutucuq 4 mm uzunluqdadır, enliovaldır, kənarlardan sıxılmışdır. Toxumları 1 mm uzunluqda olub, tilli-şaraoxşardır, az çökükqabarıqdır. Aprel-avqust aylarında çiçəkləyir, may-avqust aylarında meyvə verir.
Meşələrdə, kolluqlarda, çəmənlərdə, bağlarda, çınqıllı çaylarda, dənizkənarı qumluqlarda, zibilli yerlərdə, əkin sahələrində bəzən alaq kimi rast gəlinir.
Quba rayonunda, Lənkəran dağlarında, Lənkəran ovalığında rast gəlinir. Ovalıqdan subalp qurşağına qədər yayılmışdır.