Bu, tənha məqalədir. Çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. Lütfən, əlaqəli məqalələrdən bu səhifəyə keçid verməyə çalışın. |
Riçard Betell (ing. Richard Bethell; 10 may 1772 – 25 dekabr 1864)[2] — Böyük Britaniya siyasətçisi, torilər (1830–1832),[3] daha sonra Mühafizəkarlar Partiyası (1832–1841) üzvü,[4] parlament üzvü (1830–1841).[5]
Riçard Betell | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 may 1772 |
Vəfat tarixi | 25 dekabr 1864 (92 yaşında) |
Partiya | |
Təhsili |
|
Riçard Betell 10 may 1772-ci ildə anadan olmuşdur.
O, 1822–1823-cü illərdə Yorkşirin ali şerifi olmuşdur.[6]
Betell 1830-cu il ümumi seçkilərdə Yorkşiri təmsil edən dörd parlament üzvündən biri seçilmişdir.[5] O, 1831-ci ildə namizədlik irəli sürməmiş,[3] ancaq Yorkşir seçki dairəsi 1832-ci il islahat aktı çərçivəsində bölünəndə İst-Raydinqi təmsil edən iki parlament üzvündən biri seçilmişdir.[7] Betell 1835[8] və 1837-ci illərdə yenidən seçilmiş,[9] 1841-ci il ümumi seçkilərinə qədər vəzifədə qalmışdır.[4]
Riçard Betell 25 dekabr 1864-cü ildə vəfat etmişdir.