Jan Reno (fr. Jean Reno; 30 iyul 1948[1][2][…], Kasablanka[3]) — ispan əsilli Fransa aktyoru.
Jan Reno | |
---|---|
fr. Jean Reno | |
Doğum adı | Juan Moreno Herrera y Jiménez |
Doğum tarixi | 30 iyul 1948[1][2][…] (76 yaş) |
Doğum yeri | |
Uşağı | 6 |
Fəaliyyəti | kino aktyoru, aktyor, televiziya aktyoru |
Fəaliyyət illəri | 1974-cü ildən |
Mükafatları | |
IMDb | ID0000606 |
Vikianbarda əlaqəli mediafayllar |
İspan mənşəli fransız aktyoru Jan Reno 30 iyul 1948-ci ildə Kasablankada anadan olmuşdur. O zaman onun adı Xuan Moreno idi. 1960-cı ildə Moreno ailəsi Avropaya qayıdır. Onlar general Frankonun idarə üsuludan xilas olmaq üçün Andalusiyadan Mərakeşə qaçmış və Fransaya köçmüşdülər. Jan Reno vətəndaşlıq əldə etmək üçün fransız ordusunda xidmət etməli olmuşdur. 1970-ci ildə o, Rene Simonun studiyasında aktyor sənətini öyrənmişdir. O, debütünü 1974-cü ildə televiziyada etmiş, sonradan teatrda işləmiş, 1978-ci ildə isə rejissor Raul Ruisin "Oğurlanmış şəklin fərziyyəsi" filmində çəkilmişdir. Jan Renonun kino karyerası o qədər də uğurlu olmur. Bu, 26 yaşlı rejissor Lük Bessonla görüşə qədər belə olur. Bu tanışlıq nəticəsində Besson 1983-cü ildən başlayaraq bir çox filmlərində Jan Renonu çəkir. "Tunel" filmi təkcə gənc Bessona şöhrət gətirmədi, həm də Jan Renonun ciddi aktyorluq fəaliyyətinin başlanğıcı oldu.
Lük Bessonun "Mavi dərinlik", "Nikita" və xüsusilə "Leon" filmlərindən sonra Jan Reno, bir aktyor kimi həm də Hollivudun diqqətini cəlb etdi. Aktyorun Hollivuddakı ən məşhur rolları "Qodzilla", "Ronin", "Da Vinçi şifrəsi" filmlərində olmuşdur. Onun "Matrisa" filmindəki agent Smit rolundan imtina etməsinin səbəbi "Qodzilla" filmində çəkilməyi idi.
Jan Renonun həmişə qadınlar arasında xüsusi müvəffəqiyyəti var idi. O, 3 dəfə evli olmuşdur. Birinci nikahdan onun Sandra adlı qızı (1978) və Mikael adlı oğlu (1980) var.
Onlar Renonun polyak modeli Nataliya Dışkeviçlə macərası başlayanda boşandılar. Aktyorun Nataliya ilə nikahından oğlu Tom (1996) və qızı Serena (1998) dünyaya gəlmişdir. İkinci nikah 2001-ci ildə dağıldı.
2006-cı ilin iyulunda Jan rumın modeli və aktrisası Sofiya Borukla evlənir[4]. Bu toyda aktyorun sağdışı, onun qonşusu və dostu Nikolya Sarkozi olmuşdu. O vaxt Sarkozi Fransanın daxili işlər naziri idi.
Jan Renonun 3 böyük evi var: Paris, Los-Anceles və Malayziyada[5].