Ridaniyə döyüşü

Ridaniyə döyüşü — Məmlük sultanlığına son qoyan və Misirin işğalını tamamlayan Qahirə yaxınlığındakı son döyüş.[3][4][5]

Ridaniyə döyüşü
Ridaniyə döyüşü'ndə səliim
Ridaniyə döyüşü'ndə səliim
Tarix 22 yanvar 1517
Yeri Ridaniyə, Misir
Nəticəsi

Osmanlılar qalib gəldi. Nəticədə:

Münaqişə tərəfləri

Məmlük dövləti

Osmanlı İmperiyası

Komandan(lar)

II Tomanbay
Canbərdi Qəzai
Sadi bəy

Yavuz Sultan Səlim
Xədim Sənan Paşa

Tərəflərin qüvvəsi

20.000 əsgər

20.000 əsgər[1]

İtkilər

4.000[2]

3.000[2]

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Döyüş öncəsi vəziyyət

[redaktə | mənbəni redaktə et]

Mərcidabık döyüşündən sağ çıxan Məmlük əmirləri Kansu Qavrinin ölümünün ardından onun döyüşdən əvvəl naib seçdiyi Tomanbayı Məmlük sultanı seçərək ətrafında toplandılar. Yeni sultan Tomanbay Sultan Səlimin Qahirəyə hücum etmə ehtimalına qarşı əsgər toplamağa və şəhərin ətrafında müdafiə tədbirləri görməyə başladı. Əlavə olaraq Canbərdi Qəzai rəhbərliyindəki 5 min nəfərlik dəstəni Osmanlı ordusu haqqında məlumat toplamaq üçün Qəzzə bölgəsinə yolladı. Burada Xan-Yunis yaxınlığında Sədrəzəm Sinan Paşanın dəstələri ilə toqquşan Canbərdi Qəzai məğlub olub geri çəkildi (21 dekabr 1516). Sultan SəlimMəmlük müqavimətinin sındığına inanıb irəliləməyə başladı. Ancaq bəzi dövlət adamları Qəzzədən sonrakı Misir torpaqlarının olduqca təhlükəli olduğuna və Sinay çölünün qısa müddətdə keçilməsinin çətin olduğuna inansalar da, o əsnada yağan şiddətli yağışlar ordunun 13 gün ərzində çölü keçməsinə kömək oldu. Osmanlı ordusu irəliləyərkən Qahirəyə də elçilər göndərilmiş, Misir taxtını sülh ilə təslim etməsi şərtilə Tomanbayın oradakı Osmanlı hakimi olacağı bildirilmişdi. Ancaq Məmlük əmirləri bu şərti qəbul etməmiş, göndərilən elçiləri qətlə yetirmişdi.[6][7][8]

Döyüşün gedişi

[redaktə | mənbəni redaktə et]

Məmlüklərin qurduğu döyüş strategiyasını ələ keçirilən əsirlərdən və Məmlüklərin keçmiş Hələb naibi Xeyir bəydən öyrənən Osmanlılar səhrada qumların altına basdırılan döyüş toplarından və qazılan xəndəklərdən xəbər tutdu. Buna görə də Osmanlı ordusu birbaşa irəliləməyərək çölün ətrafında fırlanaraq Məmlüklərin planını pozdular. Anadolu bəylərbəyi Mustafa Paşa sağ cinahda, Rumeli bəylərbəyi Kiçik Sinan Paşa sol cinahda, Sultan Səlim və qapıqulu əsgərləri isə mərkəzdə yer aldı. Sədrəzəm Sinan Paşa sultan qüvvələrinin sağında, yeniçəri ağası Ayaz ağa isə solunda yer aldı. 22 yanvar günü səhər saatlarında Osmanlı ordusu hücuma başladı. Məmlüklər əvvəlcə süvari birlikləri ilə hücuma keçib Osmanlıları topların basdırıldığı əraziyə çəkmək istədilər. Ancaq bu tərtibatdan xəbərdar olan Osmanlı piyada dəstələri topların ətrafından fırlanaraq qısa zamanda təsirsiz hala saldı.[9][10][11]

Məmlük ordusunun sol cinahı bu səbəbdən dağıdıldı. Ardından Tomanbay və yanındakı əmirlər Osmanlı ordusunun sağ cinahına hücum edərək padşahın dəstələrini hədəf aldı. Bu hücumlar əsnasında Sədrəzəm Sinan Paşa ağır yaralandı və çadırına aparılarkən vəfat etdi.[12][13][14]

Döyüşün nəticəsi

[redaktə | mənbəni redaktə et]

Səhər saatlarında başlayıb fasilələrlə 7-8 saat davam edən döyüşün sonunda Məmlüklər tamamilə məhv edildi. Çarəsiz qalan Tomanbay yanında qalan 10 Məmlük əmiri ilə geri çəkildi. Ardından döyüş meydanından çəkilən 7 min əsgər Tomanbayın ətrafında toplaşaraq müqaviməti davam etdirdi. Döyüşün ertəsi günü Sultan Səlimin orduları Qahirəyə daxil oldu. Sultan Səlim isə şəhərə daxil olmamış, şəhər divarları yaxınlığında ordugahda qalmışdır. Ancaq 27 yanvarda şəhərə gələn Tomanbay və dəstəsi ayaqlanma başlatdı. Qahirə küçələrində 3 gün davam edən qanlı toqquşmalar nəticəsində məğlub olan Tomanbay şəhərdən qaçdı. Şəhərdə sülh təmin edildikdən sonra Sultan Səlim 15 fevralda Qahirəyə daxil oldu. Qaçan sultan Tomanbay isə ələ keçirildi və edam olunaraq cəsədi qala divarlarından asıldı. Burada Osmanlı hakimiyyətinə tabe olan Misir əyaləti quruldu və Sədrəzəm Yunus Paşa ilk Misir bəylərbəyi seçildi (10 aprel). 13 aprel 1517 tarixində burada tamamilə Osmanlı hakimiyyəti quruldu.[15][16][17][18][19][20][21]

  1. Nicolle, p. 16
  2. 1 2 Dupuy, R. Ernest; Dupuy, Trevor N. The Harper Encyclopedia of Military History (4th). HarperCollins Publishers. 1993. səh. 540.
  3. Celâlzâde Mustafa Çelebi, Selimnâme (nşr. Ahmet Uğur - Mustafa Çuhadar), Ankara 1990, s. 195-201
  4. G. M. Angiolello, Seyahatnâme (Seyyahların Gözüyle Sultanlar ve Savaşlar içinde, trc. Tufan Gündüz), İstanbul 2007, s. 111-121
  5. Keşfî Mehmed Çelebi, Selimnâme, Süleymaniye Ktp., Esad Efendi, nr. 2147, vr. 94a-104b
  6. Sa‘d b. Abdülmüteâl, Selimnâme, TSMK, Revan Köşkü, nr. 1277, vr. 88a-92b
  7. İbn Zünbül, VâķıǾatü’s-Sulŧân el-Ġavrî maǾa Selîm el-ǾOŝmânî (nşr. Abdülmün‘im Âmir), Kahire 1962, s. 34-58
  8. Sücûdî Çelebi, Selimnâme (haz. İbrahim Hakkı Çuhadar, yüksek lisans tezi, 1988), EÜ Sosyal Bilimler Enstitüsü, s. 82-89
  9. Çerkezler Kâtibi Yûsuf, Selimnâme, TSMK, Hazine, nr. 1422, vr. 36b-41a
  10. Matrakçı Nasuh, Târîh-i Sultan Bâyezid Han ve Sultan Selim Han, British Museum, Add. 23586, vr. 155b-162a
  11. M. Sanuto, I Diarii di Marino Sanuto, Venezia 1887, XXIV, 162, 165-166, 170-172
  12. Hammer (Atâ Bey), IV, 212-214
  13. Uzunçarşılı, Osmanlı Tarihi, II, 288-291
  14. Haydar Çelebi, Rûznâme (Feridun Bey, Münşeât içinde), I, 484-485
  15. Selâhattin Tansel, Yavuz Sultan Selim, Ankara 1969, s. 146-168
  16. Adâî-i Şîrâzî, Selimnâme (haz. Abdüsselam Bilgen, doktora tezi, 1988), AÜ Sosyal Bilimler Enstitüsü, s. 142-170
  17. Ridaniye Fetihnâmesi (a.e. içinde), I, 427
  18. İdrîs-i Bitlisî, Selimşahnâme (trc. Hicabi Kırlangıç), Ankara 2001, s. 322-337
  19. Silâhşor’un Fetihnâme-i Diyâr-ı Arab Adlı Eseri (haz. Selâhattin Tansel, TV içinde), sy. 18 (1961), s. 431-435
  20. İbn İyâs, BedâǿiǾu’z-zühûr, V, 145-149
  21. Şükri-i Bitlisî, Selimnâme (nşr. Mustafa Argunşah), Kayseri 1997, s. 258-280