Xan-Yunis

Xan-Yunis [1] (ərəb. خان يونس‎) — Fələstin milli administrasiyası tərkibində yerləşən, Qəzzə zolağına daxil olan şəhərdir. Eyni adlı əyalətin inzibati mərkəzidir.

Şəhər
Xan-Yunis
ərəb. خان يونس
31°21′00″ şm. e. 34°18′00″ ş. u.HGYO
Ölkə  Fələstin
Region [[Qəzzə zolağı]]
Rayon Xan-Yunis
Tarixi və coğrafiyası
Əsası qoyulub 1389
Sahəsi 3.2 km²
Saat qurşağı UTC+2
Əhalisi
Əhalisi 142637 (2007) nəfər
Rəsmi dili Ərəb dili
Digər
khanyounis.mun.ps
Xan-Yunis xəritədə
Xan-Yunis
Xan-Yunis
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhərin adı gələcəkdə əmir olan, 1389-cu ild şəhərdə xan karvansarasının və məscidin əsasını qoymuş ən-Nurizi Yunisin adıyla bağlıdır. Sonra onun inşa etdirdikləri qəsəbə şəklində yaradıldı.[2]

1516-cı ildə Osmanlı-Məmlük müharibəsinin gedişatında Xan-Yunisin ətraflarında döyüş baş verdi. Hadim Sinan Paşanın başçılıq etdiyi Osmanlı qoşunu bu şəhər üzərinə hücuma keçdi. Nəticədə Osmanlı ordusu və gücü hesabına Misir məmlüklərinə qalib gəldi.

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Şəhər sektorun cənub hissəsindədir. Aralıq dənizinin sahilinə yaxın, Qəzzə zolağından isə təxminən 20 kilometr cənub-qərbdə yerləşmişdir. Ən yüksək yeri dəniz səviyyəsindən 73 m hündürlükdədir.[3]

Fələstin Muxtariyyətinin Mərkəzi Statistik bürosunun məlumatına görə 2007-ci ildə Xan-Yunisin əhalinin sayı 142 637 insan təşkil edirdi. Kişilər əhalinin 51 %-ini, qadınlar isə 49 %-ini təşkil edir. 22 569 ev bu şəhərdə yerləşmişdir. Bu halda ev təsərrüfatının orta ölçüsü 6,3 insan təşkil edir.[4]

Şəhərdə 2007-ci ildə baş verən qarşıdurmalara görə evlərin sayı 25781 olmuşdur. Onlardan 16 422-si bina, 3282 isə müəssisə və təşkilat xaarkterli binalardır.

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]

Xan-Yunis şəhəri aşağıdakı şəhərlərlə qardaşlaşmışdır:

  1. Египет. Справочная карта (масштаб 1:2 000 000). — ГУКГ, 1981
  2. "Хан-Юнис". Электронная еврейская энциклопедия. 2013-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-24.
  3. "Khan Yunis, Gaza Strip Page" (ingilis). Fallingrain Global Gazetteer. 2013-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-24.
  4. "Localities in Khan Yunis Governorate by Type of Locality and Selected Indicators, 2007" (PDF) (ərəb). Palestinian Central Bureau of Statistics. Archived from the original on 2010-03-31. İstifadə tarixi: 2016-11-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]