Ridinq — Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatının Berks əyalətində şəhər. 87.575 əhalisi olan bu şəhər Pensilvaniyada beşinci böyük şəhərdir.[3][4][5] Ştatın cənub-şərq hissəsində yerləşir və Böyük Ridinq ərazisinin əsas şəhəridir.
şəhər | |
Ridinq | |
---|---|
ing. Reading | |
40°20′30″ şm. e. 75°55′34″ q. u.HGYO | |
Ölkə | ABŞ |
Tabesində | Pensilvaniya |
Region | Berks |
Başçı | Volli Skott |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1748 |
Sahəsi | 26.24[1] |
Mərkəzin hündürlüyü | 93 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 88,082 nəfər (2010[2]) |
Sıxlığı | 3,425.30 nəf./km² |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodları | 610, 484 |
Digər | |
readingpa.gov | |
Vikianbarda əlaqəli mediafayllar |
2010-cu ilin siyahıyaalmasına görə, ölkə ərazisində yoxsul vətəndaşların ən yüksək payı Ridinq şəhərindədir.[6]
Son illərdə Ridinq velosipedlərin dayanaçağına çevrilmişdir. Şəhər Beynəlxalq Dağ Velosiped Assosiasiyasının Hərəkət Mərkəzidir və 2017-ci il sentyabr ayının 8-9-da Ridinq Redsport Festivalına ev sahibliyi etmişdir.[7][8]
Delavarlar hindliləri kimi tanınan Delavarlar Ridinq ərazisində məskunlaşan ilk xalq hesab olunurlar.
Pensilvaniya koloniyası 1680-ci ildə yaradılmışdır və torpaq sahəsi İngiltərə kralı II Çarlesdən Uilyam Pennə hədiyyə edilmişdir. 120000 km2 -dən çox torpağa sahib olan bu hədiyyə onun atası Ser Uilyam Pennin şərəfinə adlandırılmışdır.
Ridinq Filadelfiyadan 105 km şimaı-qərbdə Pensilvaniya ştatında yerləşir. ABŞ siyahıyaalma bürosunun məluamtlarına əsasən,şəhərin ümumi sahəsi 26 km²-dir. Bunun 25 km²-i quru sahəsi, 0.52 km²-i isə su sahəsidir. Şəhər qərbdən Skulkill çayı ilə, şərqdən Mount Penn və cənubdan Neversink dağı ilə sərhəddir.
Ridinq şəhərində və ətrafında yerləşən bölgələrdə olan şirkətlərə Boscov's, Carpenter, GK Elite Sportswear, Penske Truck Leasing və Redner's Markets daxildir.
2012-ci ildə "The New York Times" qəzetində "ölkənin ən kasıb şəhəri" adlandırıldı.[9]
Berks Əyaləti İcma Fondunun və Kutztaun Universiteti Kiçik Biznesin İnkişaf Mərkəzinin proqramı olan Jump Start İncubator sahibkarlara ərazidə yerni müəssisələr açmağa kömək edir.[10]