Rikkardo Driqo

Rikkardo Driqo (it. Riccardo Eugenio Drigo; 30 iyun 1846[1][2][…], Padova[3][3]1 oktyabr 1930[1][2][…], Padova, Veneto[3]) — italyan bəstəkarı və dirijoru.

Rikkardo Driqo
Ümumi məlumatlar
Doğum tarixi 30 iyun 1846(1846-06-30)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 1 oktyabr 1930(1930-10-01)[1][2][…] (84 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, dirijor, xoreoqraf, pianoçu
Janr opera
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, uşaqlıq illərində öz doğma şəhərində pianoçu kimi çıxış edirdi, yeniyətməlik illərində romans və valslar bəstələməyə başladı. O, 1864-cü ildə Venesiya konservatoriyasını bitirdi. Paduyada Haribaldi teatrında işləmiş, elə həmin teatrda da ilk dirijorluq fəaliyyətinə addım atmışdır. 1868-ci ildə həmin teatrda Driqonun "Portuqaliyalı Don Pedro" operası tamaşaçı kütləsinə təqdim olunmuşdur. 1978-ci ildə baron Karl Karloviç Kister Driqonu Sankt-Peterburqa dəvət etmişdir.

1879-cu ildə Driqo Sankt-Peterburqda İtalyan operasının dirijoru olmuş, 1886-cı ildə Marini teatrının balet həyetinin orkestrində dirijor və bəstəkar kimi fəaliyyət göstərmişdir. Driqo M.İ.Petip, L.İ.İvanov kimi baletmeysterlərlə birgə Çaykovskinin "Yatmış gözəl" (1890), "Şelkunçik" (1892) və "Qu Quşu" (1895) baletlərini, həmçinin A.K.Qlazunovun "Raymonda" (1898) baleti səhnəyə çıxarılmışdır. Sonradan Driqo Paduyaya qayıtmış və ömrünün axırına kimi Haribaldi teatrında bəstəkar və dirijor kimi fəaliyyət göstərmişdir.

O, "Talisman" (1889), "Arlekinada" (Milyonlarla Arlekin, 1900) baletlərinin və bir neçə operanın müəllifidir.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Riccardo Drigo // Internet Broadway Database (ing.). 2000.
  3. 1 2 3 4 5 6 Archivio Storico Ricordi. 1808.