Bu məqaləni vikiləşdirmək lazımdır. |
Romans (isp. romanse – roman dilində, yəni ispanca)- 1) instrumental müşayiətlə solo səs üçün yazılan lirik mahnı, 2) kamera–vokal musiqinin əsas janrlarından biri, 3) Vokal musiqidən iqtibas olunmuş lirik xarakterli instrumental pyes[1].
Romans orta əsrlərdə İspaniyada meydana gəlib, sonra başqa ölkələrə yayılmışdır. XX əsrin sonlarından başlayaraq bu janra meyl azalmağa başlamışdır. XV–XIX əsrlərdə geniş yayılmış bu janr Azərbaycan musiqisində gəncdir. Onun ilk nümunələrini milli musiqidə Üzeyir Hacıbəyov və Asəf Zeynallı yaradıb.
Romans-qəzəl janrı 1940-cı illərdə Ü. Hacıbəyovun yaradıcılığında meydana gəlmişdir. Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar olaraq, Üzeyir Hacıbəyov şairin iki qəzəli əsasında "Sənsiz" (1941) və "Sevgili canan" (1943) kimi vokal əsərlərini yaratdı. "Sənsiz" və "Sevgili canan" romanslarının ilk ifaçısı Bülbül olmuşdur[5]. Bu romansı son 20 ildə cəmi iki müğənni ifa etməyə cəsarət etmişdir: Lütfiyar İmanov və Rauf Adıgözəlov.
Digər bəstəkarlardan A. Zeynallı, Q. Qarayev, F. Əmirov, İ. Hacıbəyov, V. Adıgözəlov, A. Rzayevan, Ə. Hüseynzadə, A. Sultanova və b. da romans janrına müraciət etmişlər.
Romans janrına Bülbül, Flora Kərimova, Müslüm Maqomayev, Lütfiyar İmanov, Azər Zeynalov ve digər vokal ifaçıları müraciət etmişdir.