Rikoti aşırımı | |
42°03′09″ şm. e. 43°29′31″ ş. u.HGYO | |
Hündürlüyü | 996 m |
Ölkə | Gürcüstan |
Rikoti (gürc. რიკოთის უღელტეხილი) — Gürcüstanı qərb və şərq hissəsinə ayıran Böyük Qafqazın bir qolu olan Lixi silsiləsinin cənub hissəsindəki aşırım.
Burada Dzirula çayının sol qolu Rikotuli çayı axır. Gürcüstanın iki böyük şəhərini birləşdirən Tbilisi-Kutaisi magistral yolu, 1982-ci ildə inşa edilmiş uzunluğu 1722 m olan qaya tuneli sayəsində aşırımdan keçir.[1] 2010-cu ildə tunel üzərində yenidənqurma işləri aparıldı, 2011-ci il noyabr ayında yenilənmə prosesi başa çatdı.[2]